Milli Məclisin sədri: Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir

post-img

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var”

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə keçirilən MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclasında çıxışı zamanı səsləndirib.

S.Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə etdiyini xatırladıb.

O, həmçinin diqqətə çatdırıb ki, bu gün Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan fəal şəkildə genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar. 2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır.

Siyasət