Nazir müavini: Ermənistanda 25 mindən çox tarixi abidəmiz qeydə alınıb

post-img

“Qərbi Azərbaycana qayıdışla bağlı əsas məsələ bu ərazilərdə azərbaycanlıların yaşaması həqiqətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu gün Qərbi Azərbaycanda İslam abidələri - məscidlər, mədrəsələr və karvansaraların heç birinin adı çəkilmir. Bu baxımdan, Azərbaycanın maddi-mədəni irsinin dağıdılmasından dolayı bizim onları mühakimə etmək haqqımız var”.

Bu fikrləri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.

Səadət Yusifova bildirdi k, Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan İslam abidələrinin heç biri Azərbaycan irsi kimi göstərilməyib. Müasir Ermənistan daim soyqırımı və dəhşətlər törədib. 

Nazir müavini maddi-mədəni irsimiz haqqında beynəlxalq səviyyədə təbliğat işlərinin həyata keçirməsinin önəmindən də söz açdı.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət