Rusiya XİN-i Mahaçqaladakı hadisələri planlaşdırılmış təxribat adlandırdı

post-img

“Moskva Mahaçqala hava limanındakı iğtişaşların xaricdən təşkil edilmiş və həyata keçirilmiş təxribat olduğunu hesab edir”.

Bu barədə jurnalistlərə açıqlamasın­da Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova danışıb.

Onun sözlərinə görə, sözügedən təxribat Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessio­nal birliyinə xələl gətirməyə yönəlib. 

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan Mahaçqala hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxa­rılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Hadisə zamanı 20-dən çox insan xəsarət alıb, 60 nəfər isə saxlanılıb. Rusiya KİV aksiyada 1200 nəfərin iştirak etdiyini ya­zıb. Hava limanı bu gün günorta saatla­rında fəaliyyətini bərpa edib.

XQ

Siyasət