BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib

post-img

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib. Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. 

Açıqlamada qeyd olunub ki, İcmanın bildirdiyi bir çox iradlar, xüsusilə, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını, o cümlədən, mədəni hüquqları pozması və Azərbaycan tarixi irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi, qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması kimi məsələlər komitənin yekun sənədində öz əksini tapıb.

XQ

 

Siyasət