Azərbaycanın sosial xidmət təcrübəsi Litva və Estoniyada yüksək qiymətləndirilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Pensiya sisteminin rəqəmsallaşdırılması” mövzusunda təqdimatlar keçirmək və təcrübə mübadiləsi aparmaq üçün Litva və Estoniyada səfərdə olub. 

Nümayəndə heyəti Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondu, İnformasiya Cəmiyyətinin İnkişafı Komitəsi və Dövlət Vergi Müfəttişliyində və  Estoniyanın Elektron İdarəetmə Akademiyasında, həmçinin sosial sığorta və pensiya qurumlarında  görüşlər keçirib. 

Görüşlərdə nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov son illər Azərbaycanda aparılan sosial islahatlar və əldə olunan uğurlar, habelə sosial sahə üzrə rəqəmsal nailiyyətlər, sosial ödənişlərin proaktiv təyinatı mexanizmləri barədə məlumatlar verib. Habelə e-sosial.az portalının və “Əmək və məşğulluq” altsisteminin innovativ yenilikləri və üstünlükləri, funksional imkanları diqqətə çatdırılıb.  

Litva və Estoniyanın sosial xidmət mütəxəssisləri  ölkəmizdə vətəndaşlara sosial yönümlü xidmətlərin e-platforma üzərindən təqdim olunmasını, eləcə də təyinatların mütərəqqi proaktiv üsulla aparılması təcrübəsini yüksək qiymətləndiriblər. Azərbaycan nümayəndə heyəti elektron xidmətlərə dair təqdimatlar ediblər. 

Görüşlər zamanı qarşılıqlı təcrübə mübadilələri aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. 

 

Z.BƏŞİRQIZI  
XQ

 

Sosial həyat