Azərbaycan–İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanatına qəti etirazını bildirib.
İşçi qrupunun yaydığı sənəddə deyilir: İspaniya Senatına bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi antiterror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni – aqressiv separatizmi aradan qaldırdı. Bu gün hökumət Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir.
XQ