Siyasətdə ədalət və praqmatizm nümunəsi

post-img

2023-cü ilin may ayının 10-da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 yaşı tamam oldu. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bu il “Heydər Əliyev İli” elan edilib. Bəlkə də, təsadüfi deyil ki, məhz, 2023-cü ildə İlham Əliyevin Prezident seçilməsinin 20 ili tamam olur. Yubileylər ilində müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, Azərbaycan xalqı tarixi qələbəyə imza atdı. Bu hadisələr ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqı və Heydər Əliyevin ruhu qarşısında əvəzsiz xidmətləridir. Azərbaycan xalqı həm Heydər Əliyev ilini, həm də İlham Əliyevin prezident seçilməsini möhtəşəm zəfərlərlə qarşılayır. 

Qələbənin fəlsəfəsi nədir? Bizim anlamımızda bu sualın cavabı aydın və sadədir. Qələbə mərmi, tank və topların səsindən qorxmayıb vətən uğrunda dö­yüşə atılan, ölümün gözünə dik baxan cəsur Azərbaycan gəncləridir. Onları Vətənə sevgi ruhunda tərbiyə edib bö­yüdən və xeyir-dualarını verən qeyrətli valideynlər – Azərbaycanın ağsaqqal və ağbirçəkləridir. Qəhrəman analarla fəxr edən müdrik Azərbaycan xalqıdır. Xalqımıza qaranlıqda belə mayak olan və yol göstərən üçrəngli Bayrağımızdır. Bu Bayrağı yenidən ucaldıb bütün dün­yaya tanıdan və ona hörmət qazandı­ran ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin siyasi kursuna yeni nəfəs gətirən, yüksək təhsil və intellektə, incə siyasətə malik olan, gələcəyi görən, Azərbaycanın ərazi bütövlüyünü və su­verenliyini bərpa edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdir. 

Cənab İlham Əliyev Azərbaycanın yeni tarixini yazdı və tariximzə onun adı qızıl hərflərlə yazıldı. O, 30 il işqal altında olan torpaqlarımızı qaytaran Azərbaycanın suverenliyini bərpa edən əvəzsiz liderdir. 

2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Preziden­ti seçiləndə, bu faktı dünya siyasətçiləri skeptizmlə qarşılayıb deyirdilər: “Azər­baycanın 20 faiz ərazisi işqal altındadır və torpaqların qaytarılması çox mürək­kəb və mümkünsüz olan məsələdir. Heydər Əliyevdən sonra hətta ölkədə siyasi sabitliyi qoruyub saxlamaq çə­tin olacaq”. Amma cənab İlham Əliyev özünün müstəsna qabiliyyəti ilə dünya­nı heyran etdi. Hər cür kənar təzyiqlərə baxmayaraq İlham Əliyev cəsarətlə deyirdi: “Azərbaycanın bir qarış torpağı belə müzakirə predmeti ola bilməz”. 

Dünyada çox az sayda dövlət xa­dimləri və sərkərdələr var ki, onlar ölkə­sinin böyük ərazisini itirdikdən sonra onu bərpa etməyə nail olublar. Onlar­dan biri də Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyev oldu. 30 il işğal altında olan Azərbaycan tor­paqları məhz cənab İlham Əliyevin rəh­bərliyi altında azad edildi. 

Amma İlham Əliyev sadəcə əra­zi bütövlüyünü bərpa edən şəxs deyil. Eyni zamanda, ölkənin 20 faiz ərazisi­nin işğal altında olmasına baxmayaraq, onun siyasəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. Bu gün ölkəmizin iqtisadiyyatı Cənubi Qafqaz bölgəsi iqtisadiyyatının 75 fai­zini təşkil edir. Azərbaycan beynəlxalq aləmdə stabil dövlətə çevrilib. Dünya­nın aparıcı dövlətlərinin rəhbərləri bu gün cənab İlham Əliyevlə hesablaşır­lar. Onun çıxışlarında səslənən hər bir təklifin arxasında dərin analiz, dünya siyasətinin incəlikləri dayanır.

2011-ci ildə İstanbulda keçirilən aparıcı ölkələrin liderləri və xarici iş­lər nazirlərinin konfransına çox sayda aparıcı siyasətçiləri toplanmışdır. Onlar arasında Hillari Klinton və digər tanın­mış şəxslər var idi. Onlar İlham Əliyevi oraya dəvət edib işğalla barışmağı ona məsləhət görmək istəyirdilər. Tanınmış siyasətçilərin təzyiqinə baxmayaraq, cənab İlham Əliyev konfransa getmək­dən imtina edərək bir daha göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti ola bilməz. 

Cənab İlham Əliyev nəinki bu günü, gələcəyi görən siyasətçidir. Onun təşəbbüsü və qayğısı sayəsində bu gün qabiliyyətli Azərbaycan gəncləri dünyanın ən aparıcı ali məktəblərində təhsil almaq imkanı əldə etmişlər və dövlət bu gənclərin bütün xərclərini öz üzərinə götürüb. Bu, yüksək intellek­tin və müasir düşüncənin nəticəsidir. Dünyanın aparıcı ali məktəblərində 4 il təhsil almaq 300-350 min ABŞ dollarına başa gəlir. Amma bu ölkənin gələcəyinə olan yatırımdır və tezliklə özünü doğ­ruldacaq. Çünki ölkəyə yüksək təhsilli mütəxəssislər, müasir düşüncəli şəxs­lər lazımdır ki, Heydər Əliyev dəyərləri üzərində qurulan İlham Əliyevin siyasə­tini davam etdirsinlər.

İlham Əliyevin uğurlarının kökündə dayanan nədir? Cəsarət, yoxsa Vətən sevgisi? Yoxsa yüksək təhsil və intel­lekt, ya dünya siyasətinin incəliklərini dərindən anlamaq və təhlil etmək qabi­liyyəti? Düşünürəm ki, deyilənlərin ha­mısı birlikdə və eyni zamanda, Heydər Əliyevin siyasətinə yeni nəfəs gətirmiş, bu dəyərlər üzərində yetişmiş milli bağ­lılığıdır. 

Dahi İsaak Nyutondan soruşmuşlar: “Necə oldu ki, siz dünya elminə belə bö­yük töhfələr verə bildiniz?” Onun cavabı belə olmuşdur: “Mən dahi müəllimlərim Aristotel və Arximedin çiyinləri üzərin­də duraraq, uzağı görə bildim”. İlham Əliyev də yüksək təhsil və intellektə malik olaraq, dahi siyasətçi Heydər Əliyevin çiyinləri üzərindən boylanaraq uzağı görə bildi. Eyni zamanda, onunla birlikdə çiyin-çiyninə çalışan, öz intel­lekti və zövqü ilə seçilən, Azərbaycan xanımının ən incə dəyərlərini özündə əks etdirən ölkənin Birinci vitse-prezi­denti xanım Mehriban Əliyeva var. Bu cütlük Azərbaycanın gələcəyini görüb onun maddi və mənəvi dəyərlərini zən­ginləşdirərək, xalqımızın firavan gələ­cəyini düşünür.

Tarixdə ölkəsinin ən çətin anlarında dövlət gəmisinin sükanı arxasına keçən böyük şəxsiyyətlər olmuşdur. Türkiyədə Mustafa Kamal Atatürk, ABŞ-da Frank­lin Ruzvelt, Fransada Şarl de Qoll, İn­giltərədə Uinston Çörçill və başqaları parlaq şəxsiyyətləri ilə sadəcə öz xalq­larının deyil, bütün bəşəriyyətin tarixin­də silinməz izlər qoymuşlar. 

Adı Amerika tarixinə qızıl hərflərlə yazılmş Ronald Reyqan ABŞ Prezidenti seçiləndə dünya liderləri onu çox soyuq qarşıladılar. Söyləyirdilər ki, siyasətdə böyük təcrübəsi olmayan bu şəxs dün­yanın inkişafına nə verə bilər? İllər keç­di, Ronald Reyqanın praqmatik siyasəti nəticəsində, ABŞ-ın iqtisadiyyatı yük­sək zirvələrə qalxdı. Dünya liderlərinin sammitlərində, dövlət başçıları Ronald Reyqanı ayaq üstə alqışlarla qarşılayıb salamlayırdılar. Bu, Ronald Reyqanın apardığı praqmatik siyasətinə verilən yüksək qiymət idi. ABŞ-ın digər prezi­denti Con Kennedi amerikalıların yad­daşında səmimi lider kimi qaldı. O de­yirdi: “Soruşma Vətən sənin üçün nə edib? Özündən soruş, sən Vətən üçün nə etmisən?”. Bu liderlər, dünya siyasə­tində bu gün o qədər də geniş qəbul edilməyən səmimiyyət, ədalət və praq­matikliyi ilə yadda qaldılar. Məhz cənab İlham Əliyev öz siyasətində səmimiy­yət və praqmatizm nümayiş etdirir. O, 2003-cü ildə prezident seçilərkən sə­mimi olaraq etiraf etmişdi: “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” və zaman onun söylediyi sözlərin doğru olduğunu təsdiq etdi.

“Həmrəylik – budur bütün cümlələ­rimizin mübtədası. Onunla biz hər cür qorxu, bütün çətinliklərə qalib gələcə­yik”. Bu sözlər 4 dəfə Amerikanın pre­zidenti seçilmiş, ölkəsini Böyük böhran­dan qurtaran, xalqını öz ətrafında sıx birləşdirən və İkinci Dünya müharibəsi­nin qaliblərindən biri olan tarixi şəxsiy­yət Franklin Ruzveltə məxsusdur. Məhz Franklin Ruzveltin siyasəti nəticəsində o zaman 150 milyonluq Amerika xalqı öz gücünə güvənərək bütün bəlaların öhdəsindən gəldi. 

44 günlük Qarabağ müharibəsin­də isə cənab İlham Əliyevin uzun illər apardığı hazırlıq işləri, xalqa olan ça­ğırışı nəinki hərbiçilərimizi, bütün mil­ləti birləşdirərək Azərbaycanı Qələbəyə apardı. Bu birlik gücümüzə güc qataraq müharibəni Qələbə ilə başa çatdırdı. 

Fransanın lideri olmuş General De Qoll fransızların yaddaşında, millətin itirilmiş qeyrətini qaytaran şəxs kimi yadda qalıbsa, cənab İlham Əliyev Azərbaycanın tarixində itirilmiş torpaq­ları azad edən, Azərbaycan xalqına qurur gətirən bir Prezident kimi yadda qalacaq. Əgər Əli Cinna Pakistan xalqı­nın yaddaşında ölkənin qurucusu və yaradıcısı kimi qalıbsa, İlham Əliyev Azərbaycan xalqını birləşdirib qələbəyə aparan lider kimi qalacaq.

2018-ci ildə cənab İlham Əliyev, müəllifi olduğu Cənub Qaz Dəhlizinin layihəsini təklif edəndə çoxları dünya­da bunu bir əfsanə kimi qəbul edirdilər. İllər keçdi. Bu gün Avropa liderləri cə­nab İlham Əliyevi müxtəlif toplantılarda alqışlarla qarşılayıb aparıcı siyasətçi kimi qəbul edirlər. 2022-ci ildə Yunanıs­tan–Bolqarıstan Qaz Konnektorunun açılışında iştrak edən Avropa liderləri cənab İlham Əliyevdən çox şeyləri öy­rəndiklərini etiraf etdilər. Bunu Macarıs­tanın lideri Viktor Urban da çıxışlarında qeyd etmişdir. 

Davos Forumunda cənab İlham Əliyevlə görüşən, məşhur “Microsoft” şirkətinin qurucusu, dünyanın ən var­lı adamlarından biri Bil Qeyts, cənab İlham Əliyevin dərin bilgilərini və intel­lektini xüsusi qeyd etmişdir. 

Paytaxtımız Bakıya və ümumiy­yətlə, ölkəmizin bölgələrinə nəzər sal­saq, orada görülən işlərdə, çiçəklənən şəhərlərimizdə cənab İlham Əliyevin praqmatikliyini, uzaqgörənliyini və ya­radıcılığını, xanım Mehriban Əliyevanın intellektini və zövqünün nəticələrini gör­məmək mümkün deyil. Heydər Əliyevin daimi ruhu Azərbacanın üzərində hər zaman gəzir və bu inkişafı görüb, söz­süz ki sevinir. 

Bu gün Azərbaycanın müzəffər Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, yüksək təhsilə, müasir dü­şüncəyə və dərin intellektə malik olan cənab İlham Əliyev xalqımızı daha yük­sək zirvələrə aparan liderdir. 

Asəf HACIYEV,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi,
AMEA-nın və Ümumdünya Elmlər Akademiyasının həqiqi üzvü

Siyasət