Neo-müstəmləkəçilik problemi Bakı Təşəbbüs Qrupunun təqdimatında BMT-də

post-img

Sentyabrın 22-də Nyu-Yorkda BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının davam edən ümumi müzakirələri çərçivəsində “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfrans keçirilib.

Konfrans QoşulmamaHərəkatının bu il iyulun 5-6-da Bakıda keçirilmiş na­zirlər toplantısı çərçivəsində təşkil edilmiş tədbirin nəti­cəsi olaraq yaradılmış Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilib.

Azərbaycanın sədrlik et­diyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsin­də 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğ­ru” adlı tədbir keçirilib. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xü­susilə Karib adaları, Cənu­bi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olun­muş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadları­na dair fikir mübadiləsi apar­mağa imkan verib. 

Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziy­yət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini struk­turlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradıl­ması barədə razılığa gəliblər.

Bakıda keçirilən tədbirin davamı, eləcə də Fransanın dənizaşırı ərazilərinin təm­silçiləri ilə əməkdaşlığın də­rinləşdirilməsi məqsədilə 22 Sentyabr 2023-cü il tarixin­də Amerika Birləşmiş Ştat­larının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahın­da “Bakı Təşəbbüs Qrupu” tərəfindən “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirilmişdir. “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edil­miş konfransın əsas məqsə­di BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yarar­lanmaq üçün müzakirələrin aparılması olub. Tədbirdə Fransanın dənizaşırı böl­gələri – Yeni Kaledoniya, Fransız Polineziyası, Fran­sız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melane­ziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak etmişdilər. Müstəqillik və millətçi hərə­katlarının nümayəndələri Fransa müstəmləkəçiliyin­dən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələ­rini davam etdirəcəklərini bə­yan ediblər.

Daha sonra, konfrans iştirakçılarına yeni yaradıl­mış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilmiş, Qoşulmama Hərə­katının koordinasiya bürosu tərəfindən müstəmləkəçi­liyə qarşı təşkilatın öhdəliyi haqqında danışılmış, iştirak­çılar tərəfindən təmsil etdik­ləri bölgələrdəki vəziyyətə dair çıxışlar edilib və deko­lonizasiya mövzusu ilə bağlı iştirakçılar arasında geniş müzakirələr aparılıb. Sonda yekun bəyanat oxunub və qəbul edilib.

XQ

Siyasət