Paşinyanın “telefon diplomatiyası”

post-img

Yaxud sülh istəyi, yoxsa separatçılığı qorumaq cəhdi?

Dünən Ermənistan baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron, İran Prezidenti İbrahim Rəisi Almaniyanın Kansleri Olaf Şolts və ABŞ Dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb. Proses həmişəki ssenaridə gedib. Amma bir məqam diqqət çəkib. 

Onunla bağlı söz açacağıq. Hələlik isə görək, Nikolun ənənəvi söhbət ri­torikasına sadiqliyi hansı göstəricilərlə ölçülür. Hər şey çox sadədir: Azərbay­can Laçın yolunu, guya, qeyri-qanuni bağlayıb, Qarabağdakı dığalar acın­dan ölürlər, Azərbaycan–Ermənistan sərhədində gərginlik yaranıb və sair. 

Başlıca məqam isə budur ki, Prezi­dent Makron və Kansler Şolts sərhəd­də gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar. Baş nazir Paşinyan isə Azərbaycan Prezidenti ilə bu istiqamət­də təcili müzakirələr aparmağa hazır olduğunu bildirib. O, hər üç telefon danışığı zamanı, həmçinin 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə ya­naşmaya sadiqliyini təsdiqləyib. Fran­sanın dövlət başçısı da, Almaniyanın Kansleri də deyiblər ki, regionda sülh və sabitliyin bərqərar olması üçün səy­ləri dəstəkləməyə hazırdır. Bu mənada İran Prezidentinin susqun mövqe tut­duğu görünməkdədir. Hər halda, er­məni mediasına inansaq, o, yaranmış durumla əlaqədar heç nə deməyib.

Qeyd edək ki, Paşinyan dünənki te­lefon danışıqları zamanı bildirdiklərini bir neçə gün əvvəl də dilə gətirmişdi. O, Ermənistan hökumətinin iclasında Praqa və Brüssel görüşlərində əldə olunmuş razılaşmaları əsas götürdüyü­nü vurğulamışdı. Problem isə bundadır ki, Nikol, bir qayda olaraq, nələrisə de­yir, amma eləmir. O zaman söyləmək olarmı ki, o, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təcili görüşə hazır olduğunu bildirməklə, əməli işə keçmək istəyəcək qədər səmimidir? Ümumən, məsələyə dair bəzi məqamları diqqətə çatdırmağa ehtiyac var. Elə səmimiy­yətdən söz açmağa da.

Əslində, düşünmürük ki, N.Paşin­yan, belə demək mümkünsə, haqq yoluna gəlib. Heç Makronun da kons­truktiv mövqeyə sahibləndiyini söyləyə bilmərik. Sadəcə hər ikisi vəziyyəti yax­şı görürlər. Kansler Şolts da durumdan xəbərdardır. Onlar görürlər ki, Cənubi Qafqazda gərginlik artır. Gərginliyi ar­tıran isə Ermənistandır. Ölkə Azərbay­canla şərti sərhədə qoşun toplayır, eyni zamanda, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrini hərəkətə gətirib. Həmin birləşmələrdəki əsgər­lər kazarmalardan çıxarılaraq döyüş mövqelərinə yerləşdiriliblər. Bütün bun­lardan sonra Nikol danışıq aparmaq fikrinə də düşür? Telefon danışıqları zamanı bir detal da diqqətdən yayın­madı. Onların hər üçünə bildirildi ki, Er­mənistan yox, guya, Azərbaycan qoşun toplayır. Məlum olduğu kimi, ölkəmizin hərbi birləşmələri yeni tədris ilinə hazır­laşırlar, müharibəyə yox. Bəs Ermənis­tan? Ölkənin rəsmiləri deyə bilirlərmi ki, Qarabağdakı kazarmalarda gizlətdikləri əsgərlər də təlim keçmək fikrinə düşüb­lər? 

***

Aydındır ki, Paşinyan fəaliyyəti ya­lan üzərində qurulmuş siyasətçidir. Elə onun ölkə liderləri ilə telefon danışıqları da yalanlarını xüsusi qiyafədə təqdim etmək niyyətidir. Birincisi, Azərbaycan Prezidenti ilə təmas qurmağın yolu nə Makrondur, nə də Şoltsdur. İran Prezi­denti İ.Rəisi isə heç deyil. İkincisi, Nikol “sülh qaranquşu” roluna girməklə, bey­nəlxalq aləmi çaşdırmaq yolunu tutur. Heç şübhəsiz, şərti sərhəddə və qo­şunların təmas xəttində gərginliyi özü yaradıb və yeni müharibə ilə itirilmişlə­rin bərpasını arzulayır. Məhz bu səbəb­dən danışıq söhbətini ortaya atır, bir növ, Bakının arxayın düşməsini istəyir. Eyni zamanda, mümkün hərbi interven­siya durumunda dünyaya Azərbaycanı qəsbkar obrazında təqdim etmək niy­yəti güdür. Təxminən belə: mən görüş təklif etdim, Prezident İlham Əliyev ra­zılaşmadı… 

***

Əlbəttə, sülh istəyən Paşinyan kimi olmur. Ermənistanın baş naziri, az qala, üç ilə çatır ki, siyasi oyunbazlıqla məşğuldur. Onun riyakarlığının müxtə­lif formalarına şahidik. Bu formalardan ən sonuncusu isə özünü bir həftə əv­vəl İtaliyanın “La Repubblica” nəşrinə müsahibədə göstərdi. Nikol, faktiki ola­raq, bildirdi ki, sülhə razı deyil. Ötən bir həftə ərzində elə bir şey baş vermədi ki, erməni baş nazirin fikrinin koordinal şəkildə dəyişdiyini düşünmək mümkün­ləşsin. 

Deməli, N.Paşinyan, böyük ölçüdə yanaşsaq, iz azdırmaqla məşğuldur və bu işdə ona “bacılığı” Makron da yaxın­dan dəstək verir. Onlar birlikdə ictimai rəyə sülh mesajlarına bənzər nələrisə ötürürlər. Ancaq bunlar mediaya çıxarı­lanlardır. Yəni, hələ bilmək olmaz ki, Ni­kol – Emmanuel dueti nələri müzakirə edib. Şoltsu bir kənara qoyaq, erməni baş nazirin İbrahim Rəisi ilə də, əslin­də, nədən danışdıqları müəmmadır. Bir sözlə, Paşinyan inanılası adam deyil. Bir daha bildirək ki, o, özünə olan inamı ötən müddətdə xeyli zədələyib. 

***

Cənubi Qafqazda gərginliyin artma­sına qayıdaq. Onun ayrı-ayrı element­lərini diqqətə çatdırdıq. Birini də deyək – srağagün Şuşa ətrafında erməni hərbi birləşmələrinin aktivliyi müşahidə edilib. Onlar yeni müdafiə istehkamla­rı yaratmağa cəhd göstəriblər. Amma silahlı qüvvələrimiz bu planın qarşısını alıblar. 

Yəni, Ermənistan son vaxtlar artan sürət götürmüş gərginliyi səngitmək üçün heç bir addım atmayıb, üstəlik, beynəlxalq miqyasda anti-Azərbaycan ritorikasını daha da gücləndirib. Hətta azğınlaşdırıb da. Ən əsası isə Qara­bağdakı separatçı rejim öz “hakimiy­yətini” leqallaşdırmaq addımları atır. Məsələn, Arayik Arutyunyanın gedişin­dən sonra dünən “separatçı rejim”in yeni oyuncaq “prezidenti” seçilib. Göz­lənildiyi kimi, bu postu uzun illərdir xun­tanın təhlükəsizlik xidmətində məsul vəzifələr tutmuş Samvel Şahramanyan tutub. Onun “Artsax”ın əvvəlki rəhbəri Arkadi Qukasyanın əli ilə hərəkətə gəti­rildiyi də məlumdur. 

Əlqərəz, bütün bunların fonunda Ermənistan liderinin Azərbaycan Pre­zidenti ilə danışıqlara, özü də təcili danışıqlara hazırlığını ifadə etməsi, istər-istəməz, şübhələrə yol açmaqda­dır. Şübhələrdən söz düşmüşkən, indi Qarabağda, yəni separatçı rejimdə baş verənlərin fonunda yada bir məqam da düşür. Paşinyan “La Repubblica”­ya müsahibəsində bildirmişdi ki, Qa­rabağın “seçilmiş hakimiyyəti” var. Bu, o deməkdir ki, Ermənistan bölgə ilə əlaqədar məsələlərə qarışmır. Belə çıxır ki, Nikolun Qarabağ da daxil ol­maqla, Azərbaycanın ərazi bütövlü­yünü tanımasına dair həmin Praqa və Brüssel görüşləri sonrası səsləndirdik­lərinin mənası yoxdur. 

Daha doğrusu, Azərbaycanın əra­zi bütövlüyünü və həmin ərazilərdəki suveren hüquqlarını tanıyan Paşinyan Qarabağın “seçilmiş hakimiyyətinin” mövcudluğunu bildirməklə, göstərir ki, problem Bakının öz işidir. Halbuki, belə deyil, bölgədəki erməni separat­çılığı, bilavasitə Ermənistan dövlətinə aid məsələdir. O zaman nəticəyə gəlirik ki, Nikolun Praqa və Brüssel formatı­na sadiqliyi Qarabağdakı xuntaya, o cümlədən, onun aradan qaldırılmasına cavabdehlik anlamı daşımır. Paşinyan Azərbaycan Prezidenti ilə bunumu mü­zakirə etmək istəyir? Dövlətimizin baş­çısı ilə görüş bunları bildirmək üçündür­sə, deməli, məqsəd, yumşaq desək, manipulyasiyadır. 

Sonda onu da bildirək ki, Azərbay­can–Ermənistan qoşunları arasında istər sərhəddəki, istərsə də digər əra­zilərdəki eskalasiya mühitinə görə gü­nahkar İrəvan rəhbərliyi, şəxsən Nikol Paşinyandır. O, indiyədək özünün uşaq davranışları ilə mövcud durumun for­malaşmasına səbəb olub, xəbərdarlıq­lardan nəticə çıxarmayıb. Heç bu gün də nəticə çıxarmır, səmimi davranmır. Səhvlərə görə isə cavab vermək müt­ləqdir. Necə deyərlər, hər keçi öz aya­ğından asılmalıdır. 

Bəli, hər keçi öz ayağından asılma­lıdır. Nə Fransaya, nə İrana, nə Alma­niyaya, nə də qeyri dövlətə minnətçi düşməyə ehtiyac yoxdur. İlk növbədə, dünən Qarabağda qondarma seçki keçirib oyuncaq “prezident” seçən se­paratçı və terrorçu yığını ərazini tam tərk etməlidir. Onların və qeyri-qanuni erməni hərbi birləşmələrinin bölgədə izi-tozu da qalmamalıdır. Yalnız bundan sonra danışıqlar masası arxasına əy­ləşmək olar. Nəzərə alaq ki, müzakirə ediləcək başqa məsələlər də az deyil. 

 

Ə.RÜSTƏMOV 

XQ

Siyasət