“Le Monde”: Baş nazir Ermənistanı NATO-ya aparmaq üçün xanımının səfərlərindən istifadə edir

post-img

Anna Akopyanın Kiyevə getməsi İrəvanla Moskvanın yollarını bir qədər də ayırır

İnoSMİ.ru xəbər verir ki, Fransanın bu məşhur qəzeti adıçəkilən məqaləni sentyabrın 8-də öz oxucularına təqdim etmişdir. “Ermənistan Rusiyadan arzuolunmaz müttəfiq kimi ayrılır” cümləsi ilə başlanan analitik material fransız oxucularını məmnun etsə də, bəzi ekspert və siyasətçilər istisna olunmaqla, Rusiya oxucuları hələ bu fakta münasibət bildirməmişlər. 

Faustin Vinsent (Fa­ustine Vincent) adlı müəl­lif birbaşa mətləbə keçir: Ermənistan baş naziri Pa­şinyan anlayır ki, onun xa­nımının Kiyev səfəri Rusiya üçün silkələyici jestdir. Anna Akopyanın Zelenski ilə gö­rüşü isə rusların gözündə hansı dildəsə anlaşılan bir hadisə deyil. Üstəlik, Nikol Paşinyan xanımını Kiyevə göndərməklə yanaşı, NATO ilə münasibət qurmaq üçün manevrlər etdiyini də gizlət­məmişdir. Bu isə aydındır ki, o, Rusiya ilə əlaqələrin qırıl­ması kursunu götürmüşdür. 

Bildirilir ki, Rusiyanın Qarabağdakı proseslərdə birmənalı şəkildə Ermənis­tanın tərəfini saxlamamasın­dan “yorulan” İrəvan Ukray­na münaqişəsinə əvvəllər göstərdiyi neytrallıq münasi­bətlərindən imtina edir. 

Fransız müəllif yazır ki, Rusiya, doğrudan da, Qara­bağ münaqişəsinin həllində heç bir öhdəlik götürmə­yib. Çünki vaxtı ilə mövcud olmuş “Dağlıq Qarabağ respublikası”nın dövlət müstəqilliyini nəinki Mosk­va, heç İrəvan da tanımayıb. Bəli, Rusiyanın İrəvan qarşı­sında götürdüyü öhdəlik var və həmin öhdəlik KTMT-nin funksiyalarının nizamnamə çərçivəsində yerinə yeti­rilməsini təmin etməkdən ibarətdir. Yəni Ermənistanın ərazisinə kənar ölkələrdən hərbi müdaxilə olarsa, Mos­kva KTMT çərçivəsində hə­min münaqişəyə cavab ver­məlidir. Qarabağ müharibəsi isə Ermənistanın ərazisində getməmişdir. Paşinyanın bu məqamdakı incikliyi yersiz­dir. 

İrəvan rəsmilərinin bu ad­dımları rəsmi müttəfiqlər olan Rusiya ilə Ermənistanın mü­nasibətlərində əndazədən çıxan gərginlik yaratmışdır. Müəllifin fikrincə, Moskva ilə İrəvan arasında belə müna­sibətlərə əvvəllər nadir hal­larda rast gəlinib. Vəziyyətin indiki gərginliyi İrəvanın hər şeyi ölçüb-biçərək Kiyevə səfər təşkil etməsinin, baş nazirin xanımının gülüm­səyərək Zelenskinin əlini sıx­masının nəticəsidir. 

“Le Monde” xatırladır ki, Anna Akopyan sentyabrın 6-da Ukraynanın birinci xa­nımı Yelena Zelenskayanın dəvəti ilə birinci xanımların hər il Ukrayna paytaxtında keçirilən sammitində iştirak etmək üçün Kiyevə getmiş­dir: “Sammitin mövzusu isə “Psixi sağlamlıq məsələləri­nin müzakirəsi” idi”. 

PS. Fikrimizcə, rusiyalı analitik və ekspertlərin Anna Akopyanın Kiyev səfərinə qiymət verərkən qabardaca­ğı əsas məqam məhz sam­mitin mövzusu olacaq. 

 

İttifaq MİRZƏBƏYLİ 

XQ

Siyasət