Kardaşyanın ABŞ Prezidentinə yalvarış dolu ittihamı

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Erməni pornoulduz Birləşmiş Ştatlardan nəyi tələb edir?

Dünya erməniliyinin müasir simvolu, hayların “Mat Terezası”, pornoulduz Kim Kardaşyanın ABŞ Prezidenti Co Baydenə yarı yalvarış, yarı tələb, yarı da ittiham dolu məktubunun ilk cümləsi belədir: “Erməniləri Azərbaycandan qorumaq üçün dünyanın hərəkətə keçməsinin vaxtı çatıb”. Belə düşünmək olar ki, bu məktubdan sonra Ermənistanda Kardaşyana, hətta “qardaşxan” deyərək də müraciət edə bilərlər. Hərçənd, ona bu müraciətin çoxdan edildiyini düşünmək üçün əsaslar yetərincə çoxdur. Xüsusən 2018-ci il inqilabından sonra Kardaşyan ölkədə, kifayət qədər, populyar fiqurdur. Hətta, bu məişət pozğununa müasir “erməni dövlətinin beyin mərkəzi” də demək mümkündür. Yəni, onun beyni hardadırsa, Ermənistan rəhbərliyi də təxminən həmin nöqtələrdə var-gəl edir. 

Bəli, K.Kardaşyan Baydenə özü­nü saxta “erməni soyqırımı”ndan sağ çıxanların övladı saydığını yazır və bildirir ki, indi həmin “soyqırımının” tanınmasının deyil, Azərbaycanın, guya, növbəti vandallığı reallaşdır­masının qarşısının alınmasını istəyir. Burada hiyləgər məqam var. Pornoul­duz “xristian ermənilər” ifadəsini işlə­dir. Onun yazdığına görə, Qarabağın xristian erməniləri uzun illər Laçın yolundan sərbəst və maneəsiz keçib­lər. Bu, nə deməkdir? O deməkdir ki, Kardaşyan tipik erməni təbliğatındakı din faktorunu qabardır və ermənilərə köməyin buna görə edilməli olduğuna eyham vurur. Laçın yolundan maneə­siz istifadəyə gəlincə, bəli, durum elə Kardaşyanın dediyi tərzdə olub və bu ədalətsizlik mühiti uzun illər hökm sü­rüb. Ancaq daha heç nə əvvəlki kimi olmayacaq. 

Kardaşyan Baydenə məktubunda Ermənistan baş naziri Nikol Paşinya­nın ritorikasını bir qədər fərqli tərzdə təkrarlamaqla məşğuldur. Paşinyan bütün platformalarda, xüsusən Azər­baycanla münasibətlər mövzusunun əsas götürüldüyü tədbirlərdə öz ha­kimiyyətinin, guya, demokratik oldu­ğunu sanki bir yamaq kimi qabardır. Əlbəttə, birbaşa ad çəkərək Azərbay­canın üzərinə gəlməyə cəsarəti çat­mır. Amma sonra görürsən ki, digər ermənipərəstlər tutuquşutək ortaya düşüb ölkəmizi qeyri-demokratiklikdə günahlandırırlar. İndi Kardaşyan da Baydenə məktubunda eyni məntiqə köklənir. Bu, aşkar manipulyasiyadır. Yəni, deyir ki, demokratik təfəkkürlü (?) ermənilərin “avtoritar Azərbayca­nın” hakimiyyəti altında yaşamaları mümkünsüzdür. Bu yerdə onu deyək ki, biz də artıq yavaş-yavaş görürük ki, xəstə xislətli ermənilərin torpaqları­mızda ömür sürmələri yolverilməzdir. Onlar düzəlmirlər və düzəlmədikcə Vətənimizi yenidən murdarlamaya­caqlarına heç bir təminat yoxdur. 

Ölkəmizi Qarabağ ermənilərinin ac qalmasında ittiham edən pornoul­duzun başqa niyyəti də var. Bir hal­da ki, Azərbaycanı qeyri-demokratik ölkə sayır və rəsmi Bakını bölgədəki hayları blokada vəziyyətində yaşama­ğa məcbur qoyan kimi qələmə verir, Kardaşyanın növbəti hədəfi onun alə­mində buna göz yuman dünya birliyi, o cümlədən ABŞ-dır. Hər halda, Kar­daşyanın qopardığı həyasızlıqdan gə­linən başqa nəticə yoxdur. O yazır ki, Qarabağ erməniləri ya aclıqdan ölə­cəklər, ya da bölgəni tərk edəcəklər, Azərbaycanın alternativ yardım yolu isə guya, qeyri-ciddi imiş... 

***

Kardaşyan Prezident Baydenə ağlaşma motivli həyasızlıq dolu naməsinə özünün, habelə ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının maliyyəsi ilə hərəkətə gətirilmiş bey­nəlxaq hüquq üzrə ekspertlər, daha doğrusu, argentinalı hüquq dələduz­ları Luis Moreno Okamponun və Xuan Mendesin hesabat adı ilə ictimai rəyə sırımağa çalışdığı çərənləmələrin­dən də ayrı-ayrı detallar əlavə edib. “O, məhz bu fonda beynəlxalq bir­liyə qarşı ittiham yağdırıb. “Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyi­nin, ayrı-ayrı şəxslərin, hökumətlərin və hökumət təşkilatlarının kollektiv susqunluğu və ya hərəkətsizliyi (Qa­rabağdakı – red.) böhranı daha da gücləndirib”, – deyən Kardaşyanın ABŞ-ı konkret nədə günahlandırma­sına diqqət yetirək. Sən demə, Bir­ləşmiş Ştatların vergi ödəyicilərinin dollarları neftlə zəngin Azərbaycana xarici dəstəyin göstərilməsinə yönə­lib. Belə rəngbərəng cəfəngiyyat uy­durmaq, görünür, ancaq Kardaşyanın ağlına gələrdi. 

Maraqlıdır ki, Kardaşyan bir yan­dan Vaşinqtonu ittiham edir, digər tərəfdən isə yalvarır. Məsələn, o, ölkə­mizə iqtisadi sanksiyaların tətbiqinə, xarici yardımı kəsməyə və beynəlxalq məhkəmələrdə Azərbaycanı sürün­dürməyə çağırır. Həqiqətən, çox gülməlidir. Daha bir gülməli məsələ Kardaşyanın Baydenə münasibətdə seçdiyi müraciət formasıdır. O, ABŞ Prezidentinə yazdığı “şanlı namə­sində” yuxarıda göstərilənlərin re­allaşması ilə uğur qazanılmasının mümkünlüyündən söz açarkən, “biz” ifadəsindən istifadə edir. Sanki ABŞ Prezidenti ilə ortaq nəyisə varmış kimi təəssürat yaradır. Başa düşmək olmur, 80 yaşlı Baydenlə, 1980-ci il təvəllüdlü Kardaşyanın hansı “biz”liyi var.

***

Bəli, amerikalı pornoulduz Bir­ləşmiş Ştatların erməni lobbisinin fəallarından olan professor Erik İsra­elyanla birlikdə C.Baydenə ünvanla­dığı məktubunda tələb də irəli sürür. Tamam unutmuşduq, həm Bayden, həm Entoni Blinken, həm də digər Ağ ev rəsmiləri dərhal ermənilərlə bağlı mövqelərini aydınlaşdırmalı, ilkin şərt olmadan Azərbaycana təzyiq göstər­məli imişlər. Yəni, ortada bu qədər sarsaq mənzərə var. 

Kim xanım ucuz populizmə əsas­lanmış saxta sentimentallığını işə salmağı da yaddan çıxarmır. Yəqin, düşünür ki, məktubu nəzakətli ton­da bitirmək lazımdır. Bu ton isə yenə qondarma soyqırımı məntiqinə əsas­lanır. Bəlkə düşünür ki, Bayden onun naməsini oxuduqdan sonra kövrələ­cək, dərhal Azərbaycanın ermənilərə qarşı soyqırımını (?) dayandırmaqla tarixə düşməyi fikirləşəcək. Hər hal­da, pornoulduz öz xislətinə uyğun şə­kildə belə bir hiyləgərliyə baş vurması çox da təəccüblü sayılmaz. 

***

Sonda onu da bildirək ki, dünyaca “məşhur” K.Kardaşyanın ABŞ Prezi­denti Co Baydenə məktubunun üzə­rində bəlkə bu qədər dayanmazdıq. Onsuz da Ermənistanın “Mat Tereza”­sının yazdıqları sabun köpüyündən başqa bir şey deyil. Ancaq məsələyə diqqət yetirməyi bir neçə səbəbdən zəruri saydıq. Birincisi, məktub dün­yanın qlobal güc mərkəzinin liderinə ünvanlanıb. Bu, adi məsələ deyil. İkin­cisi, vurğuladığımız kimi, hazırda er­məni varlığı dünyaya, obrazlı desək, Kardaşyanın əxlaqsızlıq prizmasın­dan baxır. Yəni, onun söylədikləri həm də Ermənistan adlı dövlətciyin si­yasəti, Azərbaycanla barışı, ümumən Cənubi Qafqazda sülhü istəməyən, avantürist mövqe tutan erməni cəmiy­yətinin zay düşüncə və təfəkkür tərzi­nin məhsuludur. Üçüncüsü, pornoul­duz özü bilavasitə ABŞ kimi ölkədəki erməni lobbi və diaspor təşkilatlarına, belə demək mümkünsə, analıq, daha doğrusu, “mamalıq” edir. Bu kəsim isə indiyədək ölkəmizin üzləşdiyi bəlalar­da böyük pay sahibidir.

Siyasət