Ceyhun Bayramovun ABŞ dövlət katibinin köməkçisi ilə növbəti telefon danışığı

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığı baş tutub.

XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı re­gionda son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənis­tanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma re­jimin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı artan təxribatla­rının, öhdəliklərə zidd olaraq Azərbay­can ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sül­hə və təhlükəsizliyə əsas təhdid oldu­ğunu diqqətə çatdırıb.

Azərbaycanın Qarabağ bölgəsin­də qondarma rejimin sentyabrın 9-da “prezident seçkiləri” adı altında apar­dığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyası, qanun­ları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normal­laşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivə­sinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib.

Erməni silahlı qüvvələrinin Azərbay­canın Qarabağ bölgəsindən qeyd-şərt­siz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq Azər­baycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiy­yətlə pisləməyə çağırıb.

Telefon danışığı zamanı tərəflər qar­şılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XQ

Son xəbərlər