Moldova XİN Qarabağda erməni separatçılarının qondarma “seçkilərini” pisləyən bəyanat verib

post-img

Moldova Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma “prezident seçkilərini” pisləyən bəyanat verib.

Bəyanatında deyilir: “Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni beynəlxalq hüququn norma və əsas prinsiplərinə zidd hesab edir və onları tanımır.

Moldova Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır”.

Siyasət