“Le Monde”: Makron özünənəzarəti itirib

post-img

İnosmi.ru. xəbər portalı avqustun 30-da verilmiş “Afrika böyük və orta səviyyəli imperiyaların rəqabət üçün sevimli meydanına çevrilib” adlı analitik materialda “Le Monde”a istinadən bu barədə yazır. 

Qeyd edilir ki, Fransa Prezidenti Em­manuel Makron Afrika qitəsi haqqında danışarkən elə ifadələrdən və təhqiredici fikirlərdən istifadə edir ki, onları ancaq özünə nəzarət edə bilməyən insanlar dilə gətirər. Silva Kaufmann adlı müəllif yazır: Fransa liderinin “qara qitə” haqqındakı nitqlərində təbliğat və reallıq arasında ol­duqca böyük fərq vardır. Nigerdəki hərbi çevrilişdən sonra ortada tamamilə tənha qalan Fransa özünü “demokratiyanın mü­dafiəçisi” kimi təqdim etməkdən başqa yol tapmır. Müəllifin fikrincə, Afrikada başla­nan “tektonik dalğa”dan sonra Parisin bu bölgədə – xüsusən, Saxaradan cənubda və Saxel bölgəsində duruş gətirə biləcəyi­ni təsəvvür etmək çox çətindir.

Makronun özünənəzarəti itirməsini sü­but edən başqa bir fakt isə onun avqustun 28-də Parisdə səfirlər qarşısında Afrika­dakı proseslər haqqında çıxış edərkən dediyi “Biz axmaqlar arasında yaşamağa məhkumuq!” – ifadəsi olub. Müəllifin fik­rincə, Afrika ölkələrindən gələn reaksiya­lar sübut edir ki, Makronun bu səbatsızlığı Fransanın Afrika strategiyasına sarsıdıcı zərbə vurmuşdur.

 

İ.MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Siyasət