“Qarabağ” – “Olimpiya” oyununu “İdman TV” yayımlayacaq

post-img

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib. 

Ağdam təmsilçisi əvvəlcə “CBC Sport”la razılaşsa da, sonradan fərq­li qərar qəbul edib. Belə ki, avqustun 31-də Sloveniya klubu ilə baş tutacaq oyunu “İdman TV” yayımlayacaq. Gö­rüş saat 20:00-da başlayacaq. 

Xatırladaq ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün ya­yım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim edib. Həmin qarşılaşma­da “Qarabağ” 2:0 hesablı qələbə qa­zanıb. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman