Yaşar Əliyev Ermənistan tərəfinin əsassız ittihamlarına tutarlı cavab verib

post-img

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. 

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqe­yi barədə məlumat verib.

Çıxışına Ermənistanın ölkəmizə qar­şı təbliğ etdiyi “blokada” və ya “huma­nitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Er­mənistanın humanitar məsələ kimi təq­dim etməyə çalışdığı, əslində, Azərbay­canın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xa­rakterli və məsuliyyətsiz siyasi kampani­yadır.

Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisin­dən tam, dərhal və qeyd-şərtsiz çıxa­rılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şura­sına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Əgər Ermənistan yardım etmək istə­yində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda - bir neçə gün əvvəl beynəlxalq aktorla­rın, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı.

Qeyd edilib ki, bir sıra intensiv məs­ləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, elə­cə də mərkəzi hakimiyyətin xüsusi nü­mayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.

Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfi­nin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılma­lı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İşti­rak edən bütün tərəflər, o cümlədən Ru­siya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ər­zində həyata keçirilməsinə başlamağa hazır idi.

İkinci halda mərkəzi hakimiyyət nü­mayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxın­lıqdakı Yevlax şəhərində keçirilməsi ra­zılaşdırılmışdı.

Təəssüflər olsun ki, on gün əvvəl - avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bə­hanələr irəli sürməklə hər iki razılaşma­dan son anda geri çəkildi.

Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Ru­siya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir. 

Bunun yalnız bir izahı var. Ermənis­tan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini da­vam etdirmək məqsədilə regionda gər­ginliyi süni şəkildə alovlandırır.

Avqustun 5-də BQXK vasitəsilə hu­manitar yüklərin çatdırılmasına dair ra­zılaşmanın pozulması yeganə maneə deyil. Əslində bu, Ermənistanın Azər­baycanın suverenliyinə və ərazi bütöv­lüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməsinin, eləcə də humanitar məsələlərdən siyasi məqsədlər üçün is­tifadə etmək cəhdinin davamıdır.

Yaşar Əliyev çıxışında bəzi faktları iclas iştirakçılarının diqqətinə çatdıra­raq deyib: 

“- 2020-ci ildə müharibə başa çatdıq­dan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu BQXK-ya təklif edib. 2021-ci ildə yüklər BQXK tərəfindən həmin əraziyə çatdı­rılmaq üçün Bərdəyə daşınıb. Erməni tərəfi yüklərdən imtina edərək BQXK-nın humanitar yardımı çatdırmasına mane olub.

- Laçın-Xankəndi yolunda ekofəalla­rın etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təq­dim etməyi xahiş edib və onların çat­dırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.

- Ermənistan BQXK-nın vasitəçili­yindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə ke­çirməyə cəhd göstərməklə presedentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vu­ran bu faktı etiraf etməyə məcbur olub.

- Ermənistan BQXK-nın Bakıda yer­ləşən beynəlxalq tibb işçilərinin Xankən­diyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nın tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin ye­rində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib.

Ermənistanın BQXK-dan siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq möv­cudluğun, o cümlədən BMT-yə bağlı təş­kilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipul­yasiya etmək üçün daha çox alət əldə etməkdir”.

Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik er­mənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayən­də bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şə­raiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq huma­nitar hüququn prinsiplərinə tam uyğun­dur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir. 

“Laçın dəhlizi” adlanan yol Azərbay­canın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyana­ta əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin da­şınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxı­lış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır. 

Sərhəd-buraxılış məntəqəsi Azər­baycanın suverenliyini və təhlükəsizli­yini qorumaq üzrə təməl hüququ çərçi­vəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hər­bçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxa­rılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısı­nı almaq məqsədilə yaradılıb.

Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermə­nistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Er­mənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. 

Y.Əliyev sərhəd-buraxılış məntəqəsi­nin yaradılmasının mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadığını, 2023-cü il iyunun 15-dək bu cür hərəkət­lərin sayının faktiki olaraq nəzərəçarpa­caq dərəcədə artdığını diqqətə çatdıra­raq deyib: “Həmin tarixdə Ermənistanın davam edən təxribatının növbəti nü­munəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədçiləri və onları mü­şayiət edən Rusiya sülhməramlı qüv­vələrinə hücumu zamanı baş verib. Bu hücum Azərbaycan sərhədçisinin ağır yaralanması ilə nəticələnib və eyni zamanda, BQXK-nın əməkdaşları və məntəqədən keçən mülki şəxslər üçün birbaşa təhlükə yaradıb.

Bununla yanaşı, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutla­rından birinə - “İpək Yolu” və ya M2 av­tomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən ma­gistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilo­metr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqa­yisədə bu yol Ağdamla Xankəndi arasın­da cəmi 18 kilometrdir. Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda ak­kreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələn­dirici Ofisinin və BMT-nin digər qurumla­rının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər”.

Soyqırımı ilə bağlı iddiaların da eyni dərəcədə əsassız və yalan olduğunu qeyd edən daimi nümayəndə bildirib ki, Errmənistanın Azərbaycana qarşı mani­pulyasiya və aldadıcı kampaniyası özü­nü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “rə­yi”ndə də nümayiş olunur.

Onun iddialarının qüsurlu olduğunu bu yaxınlarda müstəqil, tanınmış bey­nəlxalq hüquq eksperti cənab Rodni Dik­son ilkin hesabatında qeyd edib. Cənab Diksonun gəldiyi nəticədə də göstərildiyi kimi, Moreno Okamponun təqdim etdiyi iddialar əsassızdır, natamamdır və qey­ri-dəqiqlik nümayiş etdirir. Belə ki, hazır­da Azərbaycanın Qarabağ bölgəsində soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Konkret olaraq, cə­nab Dikson hesab edir ki, Okamponun rəyi “faktlar”da açıq şəkildə selektiv ya­naşma tətbiq edir, xüsusən də Ermənis­tanın Azərbaycanın etnik erməni sakin­lərini təmin etmək üçün alternativ yollar təkliflərini rədd etməsini bildirməməsi rəyin selektiv xarakterini bir daha sübut edir. 

Humanitar bəhanələrlə edilən bu cür manipulyasiyalar artan qanunsuz və təx­ribat xarakterli hərbi fəaliyyətlərlə eyni zamanda baş verir. Ötən həftələr ərzin­də beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçi­vəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, Azərbaycan ərazi­sində qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbiləşmə işlərini daha da artırıb. 

Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi na­rahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın de­yil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə mə­ruz qalıb.

Ermənistan Azərbaycanın suveren­liyinə və ərazi bütövlüyünə xələl gə­tirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma da­nışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsə­tin qaçırılmaması həyati əhəmiyyət kəsb edir. 

Ermənistan rəhbərliyinin Azərbay­canın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün ta­nınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. İndi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini, o cümlədən Qarabağda yaşayan yerli er­məni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çə­kinməlidir.

Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin intensivləşdirilməsi üzrə bir­gə səylər ümidverici nəticələr verib. Bu diplomatik dialoqlar davamlı sülhün və dövlətlərarası münasibətlərin qurulma­sına yönəlmiş gələcək ikitərəfli sazişin bir sıra maddələri üzrə fikir ayrılıqlarının aradan qaldırılmasında və nəzərəçarpa­caq irəliləyişin əldə edilməsində həlledici rol oynayıb.

“Azərbaycan Qarabağ bölgəsinin et­nik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasə­tini həyata keçirir və Azərbaycan Konsti­tusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquq­ları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət ve­rir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bü­tövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır.

Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-bi­rinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qar­şılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hör­mətə əsaslanan bu yanaşmanı dəstək­ləyəcək”, – deyə Y.Əliyev bildirib.

Siyasət