Ceyhun Bayramov Toivo Klaarı qəbul edib

post-img

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov son zaman­lar Ermənistanın regionda artan hərbi-si­yasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların sülh və sabitliyə xid­mət etmədiyini vurğulayıb. 

Avropa İttifaqı tərəfindən də dəstək­lənmiş Ağdam-Xankəndi yolundan istifa­də və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, elə­cə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya istiqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadı­ğını göstərdiyi vurğulanıb. 

Tərəflər, qarşılıqlı maraq doğuran di­gər ikitərəfli və regional məsələləri müza­kirə ediblər.

Son xəbərlər