Azərbaycan XİN-dən ATƏT sədrinə cavab

post-img

“Laçın sərhəd-keçid məntəqəsindən hər gün hər iki istiqamətdə onlarla erməni əsilli Azərbaycan sakini keçir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi­nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” (tviter) sosial şəbəkəsində yazıb.

O, Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Bu­yar Osmaninin tviter paylaşımına cavab verib.

“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə sərbəst ke­çid anlayışı yoxdur. Bölgəyə böyük həcm­də yüklərin tədarükünə gəlincə, Azərbay­can bu məqsədlər üçün Ağdam–Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermə­nilər tərəfindən razılaşmanın şərtləri pozul­masaydı, bundan istifadə edə bilərdilər”, – deyə Hacızadə qeyd edib.

Xatırladaq ki, Buyar Osmani yerlər­dəki vəziyyətlə tanış olmaq üçün şəxsi nümayəndəsinə Laçın rayonuna getmək tapşırığı verib.

Siyasət