XİN: Ermənistanı vəziyyəti gərginləşdirən təxribatçı addımlardan çəkinməyə çağırırıq

post-img

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda qeyd olunduğu kimi, avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də, Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb.

Ermənistanın bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdir­məsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Ermənistanı bölgədə vəziyyəti gər­ginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlə­rinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öh­dəlikləri yerinə yetirməyə çağırırıq.

Bölgədə vəziyyətin gərginləşməsi mə­suliyyəti bilavasitə Ermənistanın hərbi-si­yasi rəhbərliyinin üzərindədir”, – bəyanat­da qeyd olunub.

“Xalq qəzeti”

Siyasət