Baş nazir hansı “etnik təmizləmə”dən danışır?

post-img

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavablandırıb. 

XİN-in Mətbuat xidməti idarəsinin bununla əlaqədar yaydığı məlumat­da bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 11-də hö­kumətin iclasında çıxışı zamanı, növ­bəti dəfə bölgədə “gərgin humanitar və­ziyyət” barədə iddiaları təkrarlayarkən, Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndə­rilən yüklərin qəbul edilməməsinin er­məni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verməsi heç bir məntiqə sığmır.

Odur ki, Xarici İşlər Nazirliyinin ca­vabında diqqətə çatdırılıb: “Azərbay­canın 20 faizə yaxın torpaqlarının iş­ğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu tor­paqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirmə­sinə mənəvi haqqı yoxdur. 

Ermənistanın bu iddiaları davam­lı olaraq təkrarlaması göstərir ki, La­çın sərhəd-buraxılış məntəqəsi təsis edilənədək Ermənistanın Laçın yolun­dan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması bu ölkəni narahat edir”. 

Açıqlamanının sonunda qeyd edi­lir ki, erməni sakinlərin, həqiqətən də, iddia olunduğu kimi, gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və bey­nəlxalq tərəfdaşların dəstəklədiyi Ağ­dam–Xankəndi yolundan istifadə edil­məsi mümkündür: “Ermənistan tərəfi, əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbay­canın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, böl­gədə sülh və sabitlik istiqamətində səy göstərməlidir”.

“Xalq qəzeti”

Siyasət