XİN-in Rusiya “Kommersant”ının yazısı ilə bağlı şərhi

post-img

Rusiyanın “Kommersant” qəzetinin dünənki sayında dərc olunmuş “Arsax Qarabağa qarşı” adlı məqalədə Ağdam–Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən istifadə müqabilində Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən keçidə imkan yaradacağına dair ilkin razılıqlar barədə fikirlər səsləndirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsinin rəisi Ayxan Hacızadənin bu fikirlə bağlı şərhində bildirilir:

– Son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağ­dam-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfin­dən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə ke­çidin daha da intensivləşməsinə dair razılıq mövcud idi. Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin er­məni sakinlərinin nümayəndələri razı­lıqları son anda pozublar. Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olma­dıqlarını bir daha nümayiş etdirib. 

Bununla yanaşı, qeyd edilən addım­lar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək, böl­gədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

“Xalq qəzeti”

Siyasət