Qərbi Azərbaycan İcmasının ədalət və həqiqətə səsləyən çağırışları

post-img

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə ünvanladığı məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində insan hüquqlarının miqyaslı şəkildə pozulması və Ermənistanın qovulmuş azərbaycanlıların öz evlərinə qanuni şəkildə qayıtmasına mane olması barədə məlumat verilib. 

İcma Ali Komissarı bu insan hüquq­ları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermə­nistandan qovulmuş azərbaycanlıla­rın öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına kömək göstərməyə, etnik təmizləmə, zorakılıq, mədəni-tarixi irsin məhv edilməsi və qovulanların təhlükə­siz geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamə­tində səylər göstərməyə çağırıb. İcma, həmçinin, beynəlxalq ictimaiyyətin diq-qətini sözügedən insan haqları po­zuntulara cəlb etmək və məsələnin BMT-nin İnsan Hüquqları Şurasının müzakirəsinə çıxarılması üçün Ali Ko­missarın dəstəyini xahiş edib. 

Müraciətin surəti BMT-nin Baş kati­binə, BMT Baş Assambleyasının, Təh­lükəsizlik Şurasının, İqtisadi və Sosial Şurasının, İnsan Hüquqları Şurasının sədrlərinə, insan hüquqları sahəsində müqavilə ilə təsis edilmiş beynəlxalq qurumların rəhbərlərinə və müvafiq xü­susi mandat sahiblərinə göndərilib.

***

İcma başqa bir müraciətində bey­nəlxalq ictimaiyyəti erməni kilsəsinin dini bölücülük salan əməllərini pis­ləməyə çağırıb.

***

Qərbi Azərbaycan İcmasının Ermə­nistanın baş naziri Nikol Paşinyanın avqustun 11-də səsləndirdiyi fikirlərə cavabında isə onu Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipul­yasiyadan çəkinməyə səsləyib.

Q.QASIMOV, “Xalq qəzeti”

Siyasət