Qarabağ və Şərqi Zəngəzurda “AzStateNet” şəbəkəsi qurulur

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində “AzStateNet” şəbəkəsinin qurulması işlərini davam etdirir. 

Bu barədə Xidmətdən redaksiyamıza daxil olmuş məlumatda bildirilib ki, cari ilin ötən dövründə həmin ərazilərdə fəaliyyət göstərən 15 dövlət qurumu “AzSta­teNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub: “Şəbəkəyə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitə­silə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsində olan dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə bilə­cək”.

“Xalq qəzeti”

Son xəbərlər