Qərəzli siyasi məqsədlərə xidmət edilməməlidir

post-img

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına cavab verib. Ombudsman bununla bağlı açıqlamasında bildirib: 

“30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, bir milyondan çox qaçqın və keçmiş məcburi köçkün insanların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, etnik təmizləmə, genosid və digər müharibə cinayətlərinə, itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtmasına ciddi maneə olan mina terroruna hər hansı bir reaksiya verməyən, susqunluq nümayiş etdirən və ya bilərəkdən göz yuman BMT-nin xüsusi məruzəçilərinin və ekspertlərinin qərəzli siyasi məqsədlərə xidmət edən və həqiqəti əks etdirməyən bəyanatlar verməsi ilk olaraq BMT tərəfindən müəyyən edilmiş norma və prinsiplərin heçə sayılması və ikili standartlar kimi qiymətləndirilməlidir...

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərini və müstəqil ekspertini bir daha öz fəaliyyətlərini BMT tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirməyə, ikili standandartlara yol verməməyə, regionda sülh quruculuğu prosesinə maneə törədən və vəziyyətin gərginləşməsinə şərait yaradan bəyanatlar verməkdən çəkinməyə, bölgədə davamlı olaraq təxribatlar törədən Ermənistana qarşı təsirli tədbirlər görməyə, Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsi üçün sərgilədiyi səylərə dəstək verməyə çağırırıq”.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

 

Siyasət