Ermənistandakı əsir hərbçilərimizdən xəbər var

post-img

BQXK nümayəndələri Ermənistanda saxlanılan əsir hərbçilərimizə – Aqşin Bəbirova və Hüseyn Axundova yenidən baş çəkiblər. Təşkilatın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən ordumuzun  itkin düşmüş iki əsgəri Ermənistan tərəfindən əsir götürülüb və həbs ediliblər.   

“Xalq qəzeti”

 

Son xəbərlər