Arutyunyanın axırına özününkülər çıxa bilər

post-img

Qondarma “DQR-in lideri” son aylar təkcə İrəvanın deyil, Xankəndidəki ermənilərin də dəstəyindən məhrum olub

Arayik Arutyunyanın erməni toplumu üçün arzuedilməz şəxsə çevrildiyi məlumdur. Buna səbəb onun və əlatılarının özlərinin siyasi ambisiyaları naminə sadə erməniləri, onların maraq və mənafeyi ilə yanaşı, həm də həyatlarını qurban verməkdən çəkinməməsidir. Rəsmi Bakının sülhpərvər təkliflərindən inadla imtina edən, ölkəmizə qarşı təxribatlara ara verməyən Arutyunyan, digər yandan Qarabağdakı ermənilərin hüquqlarını kobud şəkildə pozmaqda, onları hərbi xunta rejiminin əsirinə çevirməkdədir. Arayikin məhz rəsmi İrəvan və Qarabağdakı ermənilərə münasibəti onu yerli medianın hədəfinə çevirməkdədir.

Arayikin İrəvana və Qarabağdakı er­mənilərin maraqlarına zidd siyasəti son günlər Ermənistan mətbuatında baş se­paratçıya yönəlik ittihamların say və çe­şidinin artması ilə müşahidə edilməkdə­dir. Yeni qəbildən olan bu ittihamlardan biri isə onun Azərbaycanla gizli reinteq­rasiya tərəfdarı olması, bu məqsədlə rəsmi Bakı ilə anlaşmağa cəhd etməsi ilə bağlıdır. 

Ermənistanın “Hraparak" nəşri tərə­findən irəli sürülən bu iddiaya görə, Arayiki Bakı ilə anlaşmaya vadar edən əsas səbəb onun həm Rusiyanın, həm də İrəvanın dəstəyindən məhrum olma­sı ilə bağlıdır. Məhz belə olduğu üçün Arutyunyanın Bakı ilə gizli anlaşmağa çalışdığını bildirən nəşr, bunun Qa­rabağ erməniləri üçün ağır nəticələrə səbəb ola biləcəyini qeyd edib. Nəşrin yazdığına görə, Arayik bu qərarın mə­suliyyətindən özünü sığortalamaq yo­lunu da müəyyənləşdirib. Belə ki, Arut­yunyanın dəstəyi ilə xüsusi səlahiyyətə malik “əlahiddə qurum” yaradılacaq və Bakı ilə reinteqrasiya qərarı bu quru­mun dilindən elan ediləcək. Yəni, Arayik bu qərarın məsuliyyətini digər separat­çılarla bölüşəcək və bununla da tənqid və ittihamlar üçün “tək hədəf” olmaqdan yayınacaq.

“Hraparak" nəşri Arayiki Azərbay­canla reinteqrasiya tərəfdarı olduğunu iddia etsə də, bugünə qədərki davranışı onun rəsmi Bakı ilə anlaşmadan uzaq olduğunu göstərir. Onun davamlı ola­raq ölkəmizə qarşı təxribatlar həyata keçirməsi, Azərbaycanla bağlı mütə­madi şəkildə cəfəng fikirlər səsləndir­məsi də baş separatçının rəsmi Bakı ilə anlaşmaq niyyətindən uzaq olduğu­nu göstərir. Arayik yaxşı başa düşür ki, onun Bakı ilə razılığa gəlməsi bölgədəki separatçılar üzərindəki hakimiyyətinin itirilməsi demək olacaq. Habelə, bu ra­zılıqdan sonra Arayikə qarşı Ermənis­tandakı revanşist qüvvələrin hücumları artacaq ki, Arutyunyanın bu hücumlar qarşısında uzun müddət davam gətirə­cəyi inandırıcı görünmür. 

Bundan başqa, rəsmi Bakı ilə anlaş­ma Arayik Arutyunyanı xaricdəki ermə­ni lobbisi ilə də üz-üzə qoyacaq ki, bu, baş separatçı üçün daha böyük prob­lem deməkdir. Çünki xaricdəki erməni lobbisinin dəstəyi olmadan Arutyunya­nın öz liderlik postunu qoruması real görünmür. Ən əsası, Arutyunyanın ci­nayətkar keçmişi, təfəkkürünün “Böyük Ermənistan” xülyası ilə zəhərlənməsi, türkə pataloji nifrət hissi onu Bakı ilə anlaşmadan uzaq tutan ciddi səbəblər­dir. Bu baxımdan Arutyunyanın nə açıq, nə də gizli şəkildə Bakı ilə anlaşacağı inandırıcı görünmür. Şübhə yoxdur ki, Arutyunyanın Bakı ilə gizli reinteqrasiya tərəfdarı olması ilə bağılı deyilənlər onu erməni toplumunda daha da gözdən salmaq, Arayikin başqa bir separatçı ilə əvəzlənməsinin vacibliyi fikirini ictimai şüura diktə etmək niyyətindən irəli gəlir.

Göründüyü kimi, İrəvan və Rusiya ilə yanaşı, Qarabağdakı ermənilərin də dəstəyindən məhrum olan Arayikin vəziyyəti kifayət qədər mürəkkəbdir və bu, hər ötən gün bir qədər də artır. Bu baxımdan, Arayikin Azərbaycana olan nifrət və barışmaz münasibətinə bax­mayaraq, rəsmi Bakı ilə anlaşma onun üçün yeganə çıxış yolu ola bilər. Çün­ki bugünə qədər Arayikə dəstək verən əksər qüvvələrin onu devirməsi, ermə­nilərin özləri tərəfindən ağır şəkildə cə­zalandırması ehtimalı böyükdür. Arayiki bu labüd sonluqdan yalnız rəsmi Bakı­nın gücü və mərhəməti xilas edə bilər. Bunun üçünsə Arayikin Azərbaycanın təkliflərini düzgün şəkildə dəyərləndir­məsi, təxribatlardan əl çəkməsi, Qara­bağ ermənilərinin ölkəmizə reinteqrasi­ya prosesinə mane olmaması gərəkdir. 

Seymur ƏLİYEV

Siyasət