Qərbi Azərbaycan İcmasının BMT Baş katibinə məktubu

post-img

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib.

Bildirilib ki, İcma A.Quterreşə Ermənistandan qo­vulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayın­ması, qayıdış hüququnu inkar etməsi, Azərbaycanın Qa­rabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir göstərməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.

Məktubun sonunda deyilir: 

“Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azər­baycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəmimizə aid məsələlərlə bağlı İcmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz. Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və on­ların geri qayıtmaq hüququnun həllində Sizin həmrəy­liyinizə və məsələyə dərin anlayışınıza bel bağlayırıq. Ümid edirik ki, Sizin rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq”.

Siyasət