Ombudsman Vaqif Xaçatryana baş çəkib

post-img

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.

İxtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə zamanı V.Xaçatryanın müraciəti dinlə­nilib. O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bil­dirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib. V.Xaçatryan bütün bunlara, eyni zamanda, onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı ya­radıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Qəbul edilmiş şəxsə hüquqları üzrə müraciət mexa­nizmləri ilə bağlı öz dilində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkə­zinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.

Son xəbərlər