BQXK-nın Xankəndi ofisi bu qurumun adına üzqaralığı gətirdi

post-img

Onlar öz prinsipləri ilə deyil, “İrəvanın diktəsi” ilə fəaliyyət göstərdilər

 

Fikrimizcə, söhbətin nədən, hansı üzqaralığından getdiyini hamı bilir və ona görə də hansısa girişə ehtiyac duymadan, birba­şa bu beynəlxalq təşkilatın Cə­nubi Qafqazdakı fəaliyyətinin ta­rixçəsinə müraciət etmək istədik. BQXK-nın Bakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir. Həmin tarixdən iki həftə sonra Ağdam və Bərdə rayonların­da da komitənin ofisləri açılmış­dır. Bu beynəlxalq qurumun əsas məqsədi münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstə­rilməsidir. Dünyanın əksər yerlə­rində bu funksiyanı məhz komitə­nin təməl prinsipləri çərçivəsində yerinə yetiriblər. Elə Azərbaycan­da da həmçinin. Ancaq...

Onu da əlavə edək ki, Beynəlxalq Qır­mızı Xaç Komitəsi öz humanitar fəaliyyə­tinə görə üç dəfə Nobel sülh mükafatına layiq görülmüşdür. Eləcə də, 1949-cu il Cenevrə konvensiyalarını, onun 1977-ci il və 2005-ci il Əlavə protokollarının iş­tirakçısı olan, yəni bu sənədləri imzala­yan dövlətlər BQXK-ya beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat vermişlər. Belə qurbanlar arasında müharibə yaralıları, əsirlər, qaçqınlar, mülki şəxslər və digər qeyri-döyüşçülər var.

Azərbaycan Prezidenti İlham Əliye­vin 2020-ci il fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin pre­zidenti Peter Maurer ilə görüşündə də bu beynəlxalq qurumun həm dünyada, həm də Cənubi Qafqazdakı fəaliyyətinə qiy­mət verilmişdir. Deməli, onlar bizdən, biz də onlardan heç bir məsələdə narazı de­yildik. Ancaq Azərbaycanın İkinci Qara­bağ müharibəsindəki şanlı Qələbəsindən sonra vəziyyət xeyli dəyişdi. Daha doğru­su, müharibədən sonra Xankəndi şəhə­rində ofis yaradılması zamanı BQXK rəhbərliyi öz təməl prinsiplərinə deyil, beynəlxalq aləmdəki ikili standartlara is­tinad elədi. Yəni, Xankəndi ofisi Bakıdakı nümayəndəliyin deyil, İrəvandakı nü­mayəndəliyin tabeliyində yaradıldı... və bununla da BQXK-nın “tərcümeyi-halı”na qara səhifələr yazılmağa başladı. 

Bu qurumun Xankəndi ofisi gah kor­rupsiya və rüşvətxorluqda ittiham edildi, gah qaçaqmalçılıqda. Biz bu ittihamlar barədə mətbuatda çox oxumuşuq. An­caq Xankəndi ofisi azərbaycanlılara qar­şı soyqırımı törətmiş şəxsin (bəlkə də, şəxslərin) istintaqdan yayınmasını təşkil etməkdə məhz “oğruluq üstündə yaxa­landı” və mötəbər beynəlxalq təşkilatın adına, sözün həqiqi mənasında, üzqa­ralığı gətirdi. 

BQXK-nin Cenevrə Baş İdarəsinə üzqaralığı gətirən fakt – Meşəli faciəsini törədənlərdən birinin – Vaqif Xaçatur­yanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi­nin məlumatında oxuyuruq: “Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşə­li kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yarala­nıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb”. 

Yəni bu adam hərbi cinayətkardır və onun ölkədən qaçmasını, istintaqdan yayınmasını da hərbi cinayətin ortaqlığı kimi qəbul etmək lazımdır. Mən hüquqşü­nas olmadığıma görə bu faktın detalla­rını incələmək istəmirəm. Ancaq onu bi­lirəm ki, bugünkü Avropa ölkələrinin heç birində hərbi cinayətlər törədilməsində iştirak etmiş canilərin tribunaldan gizlə­dilməsinə imkan verilmir. Bəli, Avropada belə fakt olmur, ancaq ermənilər bunu təşkil etdilər və beynəlxalq təşkilatı rəzil duruma saldılar. 

Bundan başqa, ermənilərin səs-küyü bütün dünyanı başına götürüb ki, İrəvan – Xankəndi yolu bağlanıb və ermənilər orada aclıqdan əziyyət çəkirlər. Əvvəla, Azərbaycan Xarici İşlər Nazirliyinin adı çəkilən məlumatında qeyd edildiyi kimi, Ermənistan rəhbərliyi həm Vaqif Xaça­turyanın saxlanılmasını şərh edərkən, həm də yolun bağlanması iddiasını dilə gətirərkən ağ yalandan başqa heç nə deyə bilmir. Bildirilir ki, hərbi cinayətlər törətmiş adamın saxlanılması üçün Azər­baycan tərəfindən atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanun­vericiliyi çərçivəsində həyata keçirilib.

O ki qaldı, yolun bağlanmasına, “BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin müalicə məqsədi ilə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onla­ra qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib. Bununla əlaqədar, sərhəd-bu­raxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız er­məni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır”. Qoy hansı səviyyədə olursa-olsun, təki təşviş yaratsınlar. Ancaq unutmasınlar ki, Xaçatryanın həbsi xalqı­mıza qarşı cinayət törətmiş bütün qatillə­rin ədalətli cəza alacağı proseslərin üver­turasıdır. Canilərin hamısı Azərbaycan məhkəməsinin qarşısına çıxarılacaqlar. 

Yeri gəlmişkən, BQXK-nin Xankəndi ofisi Avropa İttifaqını da Azərbaycanın yanında diliqısa elədi. Belə ki, Avropa İttifaqı bu il iyulun 14-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəstəyini ifadə etmiş və Azərbaycanı Laçın yolu bo­yunca sərbəst hərəkəti təmin etməyə çağırmışdı. Aİ-nin məlumatında deyilir­di ki, Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan yeganə böyük humani­tar təşkilat kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini güclü şəkildə dəstəkləyir. Xatırladaq ki, iyulun 11-də Azərbaycan məhz BQXK-nın Ermənis­tan nümayəndəliyini qaçaqmalçılıqda ittiham edərək İrəvanla Xankəndini bir­ləşdirən yolu müvəqqəti olaraq bağla­yıb. Aİ-nin açıqlamasında bildirilirdi ki, BQXK neytrallıq, müstəqillik və qərəz­sizlik kimi humanitar prinsiplərə uy­ğun olaraq Cənubi Qafqazda ehtiyacı olanlara mühüm humanitar yardımı və müdafiəni təmin edir. Bə nooldu axırı, Avropa İttifaqı? Sizin dəstəklədiyiniz qu­rum hərbi cinayətkarı istintaqdan gizlə­dir. Budurmu humanitar prinsiplər? Vaqif Xaçaturyanın qətlə yetirdiyi insanların yaşamaq hüququ yox idimi? 

Avropa İttifaqı bəyan edirdi ki, Qırmızı Xaçın Laçın dəhlizində fəaliyyəti sırf Qa­rabağın erməni əhalisinin təcili ehtiyac­larının ödənilməsinə və çox ehtiyac du­yulan humanitar yardımın göstərilməsinə yönəlib. BQXK-nın fəaliyyətini davam etdirə bilməsini və potensial humanitar böhranın qarşısını almaq üçün məsuliy­yət Azərbaycan hökumətinin üzərinə dü­şür.” Bəs bir milyon insanı qaçqın-köçkün həyatı yaşamağa məcbur etmiş, hər iki tərəfdən on minlərlə insanın ölümünə sə­bəb olmuş, onlarca şəhəri, yüzlərlə kəndi viranəyə çevirmiş vəhşilkilərin qarşısını almağın və ya almamağın məsuliyyəti ki­min üstünə düşür?

Bir daha qayıdaq BQXK-nın Xankən­di ofisinin yaradılmasına. Ekspertlər yazırlar ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakının icazəsi olmadan Xankəndidə ofis açması Azərbaycanın ərazi bütövlüyünə aşkar hörmətsizlikdir. Başlanğıcdan BQXK belə bir hüquqa malik deyil. Bu, beynəlxalq hüquqla, bey­nəlxalq təşkilatın fəaliyyət prinsipləri ilə ziddiyyət təşkil edir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir mətbuata müsa­hibəsində deyib ki, birmənalı olaraq, Xankəndidə – Azərbaycanın ərazisində fəaliyyət göstərən istənilən ofislər, rəsmi Bakıya, yaxud BQXK-nın Bakıdakı nü­mayəndəliyinə tabe etdirilməlidir. Bu, heç müzakirə predmeti belə deyil, bu haqda qərarı təxirə salmadan müvafiq instansi­yaların özü, ən başlıcası isə Beynəlxalq Qırmızı Xaç Komitəsi verməlidir.

Milli Məclisin deputatı Asim Mollazadə isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində müxtəlif növ qaçaq malın keçirilməsi cəhdlərini şərh edərkən deyib ki, bir sıra ölkələr tərə­findən beynəlxalq təşkilatların korrupsiya, qaçaqmalçılıq əməlləri dəfələrlə açılıb: “Bu kimi hallar təəssüf doğurur. Bu, Bey­nəlxalq Qırmızı Xaç Komitəsinə ləkədir. Qaçaqmal kimi silah-sursat keçirilməsi istisna edilmir. Təşkilatın mərkəzi ofisində ciddi araşdırma aparılmalıdır. O cümlədən beynəlxalq ictimaiyyətə bu hadisə ilə bağlı məlumat verilməlidir, Azərbaycandan üzr istənilməlidir”.

Bax belə. Erməni şərəfsizliyi, hay fitnəkarlığı dünyanın ən məşhur bey­nəlxalq təşkilatlarından birini aləmin gözü qarşısında rəzil elədi. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət