“İnanırdım ki, bu dəfə də xalqın iradəsi qalib gələcək”

post-img

“Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda AKP lideri Rəcəb Tayyib Ərdoğan parlaq qələbə qazandı. Bu, son dərəcə böyük əhəmiyyəti olan tarixi uğurdur!”

Bu fikirləri “Xalq qəzeti”nə Türkiyə­nin hakim Ədalət və İnkişaf Partiyası­nın (AKP) İstanbuldan olan millət və­kili Şamil Ayrım bildirib. Son prezident və parlament seçkilərini dəyərləndirən millət vəkili deyib ki, seçki sakit, qal­maqalsız başa çatdı: “Biz Avropaya və bütün dünyaya demokratik seçki necə keçirilir, bunu nümayiş etdirdik”.

Millət vəkilinin sözlərinə görə, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə bu qədər böyük tərkibli ittifaq­lar seçki kampaniyası aparıb:

“Nəticələrdən də görünən odur ki, “Cümhur İttifaqı” çox məhsuldar fəaliy­yət göstərib. Prezident Rəcəb Tayyib Ərdoğan seçki kampaniyası zamanı Türkiyəni qarış-qarış gəzdi. Millət və­killiyinə namizədlər də yerlərdə aktiv bir seçki kampaniyası nümayiş etdirdi. Nəticədə xalqımızın milli iradəsi qalib gəldi. Türkiyə Böyük Millət Məclisində (TBMM) yenə də böyük üstünlüyü AK Partiyadan olan millət vəkilləri qazan­dı. Bu, çox önəmli bir məsələdir”. 

Şamil Ayrım, yeni dönəmdə TBMM-də həyata keçirilməsi nəzər­də tutulan layihələrə də toxundu: “Bu layihələr arasında Azərbaycanla bağlı məsələlərə böyük əhəmiyyət verilir. Türkiyənin həll olunması lazım olan bəzi problemləri var ki, bu “Cüm­hur İttifaqı” vasitəsilə həll ediləcək. Zəngəzur dəhlizinin açılması məsələ­si gündəmimizdə ən vacib məsələlər­dən biri olacaq. Ermənistanın yanlış davranışına qarşı ciddi mübarizə apa­racağıq”.

Millət vəkili seçki kampaniyası müddətində başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına göstərdiyi həmrəylik, diqqət və qay­ğıkeşliyə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Şamil Ayrım Türkiyə Parlamentində təmsil olunan Azərbay­can əsilli millət vəkilidir. İkinci azər­baycanəsilli millət vəkili isə AKP-nin Iğdırdan yeni seçilən namizədi Can­türk Alagözdür.

 

M.SULTANOVA,

Ankara

Siyasət