Oğurluq ermənilərin xislətindədir, amma...

post-img

“Hay” (“erməni”) kəlməsinin işlənməyə başladığı dövrdən indiyədək bu qövmün hansısa ədalətli addım atdığını, əsaslı iddia irəli sürdüyünü, qanuni tələblə çıxış etdiyini görən də olmayıb, eşidən də. Çünki mövcudluqları oğruluq üstündə qurulub, fəaliyyətləri isə daim saxtakarlıqlarla müşayiət olunub. 

Onlar qonşu ölkələrin hamısına qar­şı ərazi iddiaları irəli sürəndə əsassız olduqları kimi, bədnam soyqırımı cəfən­giyyatını dünyaya sırımağa çalışanda da saxtakar idilər. Onlara tarixi Azərbay­can torpaqlarında dövlət yaratmaq şan­sının verilməsi haqsızlıq idisə, həmin ərazilərdən yüz minlərlə soydaşımızın didərgin salınması, bütün varidatlarının əllərindən alınması da orta əsrlərdən qalma barbarlıq idi. Onlar işğal edilmiş Azərbaycan ərazilərini viran qoyanda nə qədər vəhşilik törətmişdilərsə, həmin ərazilərin hər qarışında mina basdıran­da da bir o qədər şərəfsiz idilər.

Onlar Azərbaycan və Türkiyə ilə aparılan danışıqların uğurla nəticələn­məsini əngəlləmək üçün parlament bi­nasını gülləbaran edəndə də erməni xisləti nümayiş etdirmişdilər, üçtərəfli Bəyanata imza ataraq, 25-30 min er­məni əsgərinin ölməsinin və ya əsir düşməsinin qarşısını almış Nikol Pa­şinyanın övladını oğurlayanda da çirkin erməni əxlaqını ortaya qoydular. 

Yeri gəlmişkən, mən bu fikri söy­ləməklə qətiyyən Nikol Paşinyanı mü­dafiə etmək istəmirəm. Çünki Paşin­yanın “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sərsəmləməsini bütün azər­baycanlılar kimi mən də ömrüm boyu unuda bilməyəcəm. Mən baş nazirin oğlunu oğurlayıb hansısa cəza vermək istəyən əsgər anasını da ittiham etmək məqsədindən uzağam. Çünki onun oğlu kimlərinsə cəfəng iddiaları əsasında törədilmiş haqsız müharibəyə göndəril­məsəydi, özgə torpaqlarında öldürül­məzdi. Həmin ananın da təqsiri yoxdur, onun silahlandırılaraq qonşu dövlətin ərazisinə göndərilmiş oğlunun da. 

Övladı əlindən alınaraq ədalətsiz müharibəyə göndərilmiş, indi isə öldüsü-qaldısı bilinməyən erməni əsgər anaları Tanrıya da üsyan edə bilmirlər, dövlətə də, kilsəyə də. Min-bir əziyyətlə oğul böyütmüş ana indi onun meyitini belə görə bilmirsə, düşdüyü psixoloji vəziyyətdə neyləməlidir? İndi çıxış yolunu bunda görür. 

Ancaq əsgər anası bilməlidir ki, er­məni xalqının əsrlərdən bəri üzləşdiyi çoxsaylı məhrumiyyətlərin təməlində Nikol Paşinyanın şərab içərək Şuşada rəqs etməsi, Azərbaycanın bu qədim diyarında “Artsax parlamenti”nə bina tik­dirməsi və ya Cəbrayıla yol çəkdirmək istəməsi durmur . Bu məhrumiyyətlərin təməlində erməni kilsəsinin vəhşi təfək­kürü və beyni həmin çirkablarla doldu­rulmuş ideoloqların burnunun ucundan o yanı görə bilməməsi dayanır. Amma bu həqiqətlər o qədər ağırdır ki, əsgər anasının onlara qarşı mübarizə apara bilməsi tamamilə mümkünsüzdür. Ona görə də dünya ictimaiyyəti “Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib” və ya “Aşot Paşinyanın oğurlanması cəhdinə görə həbs olunanlar var” kimi ifadələri hələ çox eşidəcək. 

Dünya ona görə belə manşetləri çox eşidəcək ki, beynəlxalq aləmdəki ikili standartlar hələ də əlli-altmış il əvvəl olduğu tempdə davam edir. Bu qəbildən olan faktlar ona görə davam edəcək ki, böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar hələ də Ermənistanı haqq yoluna çağırmaq istəmirlər. İrəvanda və bu ölkənin hər yerində analoji ad­dımların getdikcə daha çox atılacağını heç kəs istisna edə bilməz. Bunun çox­saylı səbəblərindən biri də Birinci Qara­bağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının anasının ah-naləsidir. Buraya İkinci Qarabağ mü­haribəsi günlərində yatdığı yerdə öldü­rülmüş körpələrin və müharibə bitəndən sonra mina tələsinə düşmüş yüzlərlə soydaşımızın əzizlərinin ah-naləsini də əlavə etmək olar. 

Ona görə də Ermənistanı hələ çox bəlalar, məhrumiyyətlər, çirkinliklər göz­ləyir. Üstəlik, erməni xəstəliyi də digər tərəfdən öz fəsadlarını göstərməkdədir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət