Erməni işğalındakı 8 kənd: İrəvan həm “hə” deyir, həm də “yox”

post-img

Ermənistanın işğalda saxladığı 8 Azərbaycan kəndinin azad edilməsi rəsmi Bakının İrəvanla sülh danışıqlarında irəli sürdüyü əsas tələblərdəndir. 

Tarixi Azərbaycan yurd yerləri olan bu kəndlərin Azərbaycana məxsus olduğu Ermənistan tərəfindən də təs­diqlənməkdədir. Ermənista­nın baş naziri Nikol Paşinyan ötən gün “Azadlıq” radiosuna verdiyi müsahibədə 8 kəndi Azərbaycana qaytarmağa hazır olduqlarını bildirsə də, bunun qarşılığında müəy­yən tələblər irəli sürüb. Daha doğrusu, ölkəmizə qarşı yeni ərazi iddiası ilə çıxış edib. Paşinyan iddia edir ki, bəzi erməni kəndlərinə məxsus torpaq sahələri Azərbaycanın nəzarəti altındadır və Ermə­nistan işğaldakı 8 kəndi yal­nız o zaman azad edə bilər ki, rəsmi Bakı erməni kəndlərinə məxsus əraziləri geri qaytar­sın: “Bizim də işğal olunmuş kəndlərimiz var və kənd tək­cə kənd inzibati binası deyil... Məsələn, Berkaber, Vazaşen, Ayqeovit, Paravakar kəndləri, onların əkin sahələrinin böyük əksəriyyəti işğal altındadır. Azərbaycan geri qayıtmağa hazırdırmı? (əgər hazırdırsa), bəli, biz də hazırıq”. 

Göründüyü kimi, Paşin­yan 8 kəndin Azərbaycana məxsus olduğunu bildirsə də, işğaldakı kəndləri təmənnasız azad etmək niyyətində olma­dığını deyib. Şübhəsiz, Ermə­nistanın hər hansı kəndinin Azərbaycanın nəzarətində olması ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur və Paşinyanın erməni kəndi kimi qələmə verdiyi ərazilər tarixi Azərbaycan torpaqlarının bir hissəsidir. İşğaldakı torpaqla­rımızı yeni ərazilər hesabına geri qaytarmaq istəyi rəsmi İrəvanın növbəti siyasi həya­sızlığıdır və bu, erməni xis­lətinin islaholunmazlığından xəbər verir.

***

Maraqlıdır, Paşinyanın bir tərəfdən 8 kəndi Azərbayca­na qaytarmağa hazır olduq­larını bəyan etməsinə, digər tərəfdən isə ölkəmizə qarşı yeni ərazi iddiaları səsləndir­məsinə səbəb nədir? Çox gü­man ki, bu, hər şeydən öncə, Ermənistanın ictimai-siyasi həyatındakı gərgin və mürək­kəb vəziyyətdən irəli gəlir. 

Xatırladaq ki, Paşinyan bundan öncəki çıxışlarında Ermənistan cəmiyyətinin ona “satqın” damğası vurmasın­dan şikayətlənmiş, artıq bu sözə öyrəşdiyini, bu ittihamı soyuqqanlıqla qarşıladığı­nı vurğulamışdı. Ola bilsin ki, Paşinyanın Azərbaycana qarşı yeni iddialar səsləndir­məsi onun daxili auditoriya­nı sakitləşdirmək, İrəvanın Bakıya təmənnasız güzəşt etməyəcəyini çatdırmaq məqsədi daşıyır. Mümkündür ki, Paşinyan bununla göstər­mək istəyir ki, o, Azərbayca­nın tələbini yerinə yetirmək­lə yanaşı, Ermənistanın da maraqlarını müdafiə edir və bu məsələdə prinsipiallıq sər­giləyir. 

İstənilən halda, baş verənlər Paşinyanın iki od arasında qaldığını, qərarla qərarsızlıq arasında var-gəl etdiyini göstərir. Bir tərəfdən işğaldakı kəndləri qaytarmaq zərurəti, digər tərəfdən öz xalqı tərəfindən ittiham edil­mək qorxusu Paşinyanın si­yasi lider kimi praktiki olaraq iflic etməkdədir. Lakin Paşin­yan da yaxşı anlayır ki, kimin nə deməyindən asılı olma­yaraq, Azərbaycan işğaldakı 8 kəndin də azadlığına nail olacaq və tarixi ədaləti bərpa edəcək.

***

İşğaldakı 8 Azərbaycan kənd ətrafında aparılan mü­zakirələr çərçivəsində diqqət çəkən məqamlardan biri də Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndə­si Toivo Klaarın verdiyi er­mənipərəst açıqlama oldu. Məlum açıqlamasında Toivo Klaar Ermənistandakı kənd­lərlə bağlı danışarkən onların “statusu” ilə bağlı müəyyən fikirlərin olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Azərbaycanla Naxçıvan ara­sında tranzit marşrutundan danışarkən isə bəhs edib ki, “əgər belə bir dəmir yolu Er­mənistan ərazisində yerləşir­sə, o, Ermənistanın qanun və qaydalarına uyğun fəaliyyət göstərməlidir”.

Toivo Klaar Qarabağdakı ermənilərin hüquq və təh­lükəsizliyinə də toxunub və bunun İrəvanla Bakı, Bakı ilə Xankəndi arasındakı danı­şıqlardan asılı olduğunu bil­dirib. Hansı ki, Bakı heç vaxt Xankəndi ilə hər hansı danı­şıq aparmayıb və aparmaq fikri də yoxdur. Ümumiyyət­lə, yaxşı olardı ki, Toivo Kla­ar Qarabağdakı ermənilərin gələcək aqibəti ilə bağlı yer­siz narahatlıq duymaqdan, separatçılara cəsarət resepti təqdim etməkdənsə, ermə­nilərin törətdiyi təxribatlara diqqət yetirsin. Çünki heç nə sülh prosesinə bu təxibatlar qədər böyük ziyan vurmur.

Seymur ƏLİYEV

Siyasət