Ekoaksiya müvəqqəti dayandırılır...

post-img

Azərbaycanlı ekofəalların Laçın–Xankəndi yolunda keçirdikləri etiraz aksiyası dünən axşam saat 18:00-dan etibarən müvəqqəti dayandırılıb. Bu xəbər ölkə ictimaiyyəti arasında böyük maraq doğurub və dərin məmnunluq hissi ilə qarşılanıb. 

Hadisə yerindən yayı­lan xəbərlərə görə, Laçın–Xankəndi yolunda keçirilən, 138 gün davam edən ekoloji aksiya iştirakçılarının bir qrupu ilə aprelin 28-də günün birinci yarısında Azərbaycanın döv­lət nümayəndələrinin dəvəti əsasında növbəti görüş keçi­rilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzi­bati binasında keçirilən tədbir­də aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib.

Görüşdə Azərbaycan Res­publikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayən­dəsi Aydın Kərimov bu il ap­relin 23-də Dövlət Sərhəd Xid­mətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazi­sində, Ermənistan ilə sərhəd­də, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxı­lış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub.

Bu təklifdən sonra ekofəal­lar bildiriblər ki, Laçın–Xankən­di yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizmi­nin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilmə­si onları çox sevindirib. Bu, bir daha ona dəlalət edir ki, Azər­baycanın vətəndaş cəmiyyəti fəallarının haqlı tələblərinin bir hissəsi artıq icra olunub. 

Buna baxmayaraq ekofəal­lar qeyd ediblər ki, aksiya məqsədinə tam olaraq çatma­yıb. Onlar Rusiya sülhməram­lılarının müvəqqəti nəzarətin­dəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və ölkəmizin aidiyyəti qurum­larının həmin ərazilərdə moni­torinqinə imkan yaradılmasını sülhməramlı kontingentin ko­mandanlığından tələb etdiklə­rini bir daha vurğulayıblar.

Ekofəalların təmsilçilə­ri dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın da­yandırılması məsələsinə baxıl­ması üçün aksiya iştirakçıları ilə ümumi məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər. 

Günün birinci yarısında ke­çirilən görüşdən sonra ekofəal­lar müzakirə olunan məsələlər­lə bağlı məsləhətləşmələr aparmaq üçün humanitar ak­siyanın keçirildiyi əraziyə qa­yıdıblar. Aksiya iştirakçılarının apardıqları məsləhətləşmə və müzakirələrdən sonra ekofəal­ların qəbul etdikləri qərar bir qədər əvvəl açıqlanıb və ak­siya iştirakçıları olan qeyri-hö­kumət təşkilatları nümayən­dələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı oxunub.

Sənəddə 138 gün ərzində ekofəallara dəstək göstərən bütün Azərbaycan vətəndaş­larına, ərazidə təhlükəsizliyin təmin edilməsində əməyi olan­lara, ekofəalların sağlamlığının keşiyində duran könüllü tibb işçilərinə, aksiyanın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasi­ya vasitələrinə dərin təşəkkür bildirilib. 

Bununla yanaşı, sənəddə məxsusi olaraq qeyd olunur ki, azərbaycanlı ekofəalların Rusiya sülhməramlı kontin­gentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istisma­rının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı mo­nitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməram­lı kontingentin komandanlı­ğı qarşısında irəli sürdükləri tələblər qüvvədə qalır və onlar bu tələblər yerinə yetirilməyə­cəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz­lərində saxlayırlar. 

Bəyanat aksiyanın davam etdiyi 138 gün dəfələrlə səs­ləndirilən bu şüarlarla bitir: “Ekocinayətə son! Azərbay­can oyaqdır, sərvətinə da­yaqdır! Azərbaycan vahiddir, sərvətinə sahibdir!”

Aksiyanın keçirildiyi günlər ərzində bir neçə dəfə könüllü olaraq ekofəalların sıralarına qatılan QHT fəalı, “Optimist” Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Habil Niftalı bizimlə söhbə­tində fəxrlə bildirdi ki, Laçın–Xankəndi yolunda keçirilən tədbir bir daha bütün dünyaya nümayiş etdirdi ki, müstəqil Azərbaycanda torpağının, sər­vətinin, millətinin təəssübünü çəkən, Vətəninə, dövlətinə, onun lideri, görkəmli dövlət xa­dimi. Prezident İlham Əliyevə dərin sədaqət hissi nümayiş etdirən, bu yolda hər cür çətin­liyə fədakarcasına sinə gərən fəal və kreativ vətəndaş cəmiy­yəti formalaşıb. 

Bir neçə dəfə ekoaksiya­çıların qonağı olmuş, burada gördükləri, müşahidə etdiklə­ri həqiqətlər barədə həvəslə redaktoru olduğu “Xocalının səsi” qəzetində maraqlı repor­tajlar dərc etdirən tanınmış jur­nalist Qalib Bəyməmmədoğlu telefonda ürəyindən dilinə axan bu sözləri söylədi: 

– Zərrə qədər şübhə etmi­rik ki, ekofəalların bütün haqlı tələbləri ən yaxın gələcəkdə həyata keçiriləcək. Haqq-ə­dalət bizim tərəfimizdədir. Bəli, möhtərəm Prezidentin də dedi­yi kimi, “Biz birlikdə güclüyük! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət