Polşa Seymində “Azərbaycanda Polşa irsinin inciləri” sərgisi

post-img

Milli Məclisin sədri Sahibə Qafarova və Polşa Seyminin sədri Elzbieta Vitek Varşava şəhərində Polşa Seymində təşkil olunan “Azərbaycanda Polşa irsinin inciləri” sərgisində iştirak ediblər. E.Vitek, bu cür tədbirlərin münasibətlərin inkişafına töhfə verdiyini, xalqların daha da yaxınlaşmasına və mədəni dəyərlərinin təbliğ olunmasına imkan verir.

Sahibə Qafarova Şərqlə Qərbin qovuşduğu Azərbayca­nın çoxsaylı mədəniyyətlərin vətəni olmasından söz açıb. Deyib ki, Azərbaycanda böyük sivilizasiyalar mövcud olmuş, milli mənsubiyyətindən asılı olmayaraq, multikulturalizm və tolerantlıq hər bir azərbaycanlının həyatının ayrılmaz hissə­sinə çevrilmişdir. Məhz bu fonda Azərbaycanda mövcud olan 200 illik polyak mirasını xüsusi vurğulayan S. Qafarova pol­yakların tarixən Azərbaycanda memar, hüquqşünas, mühən­dis, müəllim, hərbçi, sahibkar və dövlət xadimi kimi fərqlən­diklərini qeyd edib.

***

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikası­na rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Tomaş Qrodzki ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müna­sibətlərin inkişafından danışılıb. Qeyd edilib ki, Polşa Azər­baycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr mövcuddur. Dost və tərəfdaş ölkələr müsbət dialoq digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaradıb. 

Polyaklar hələ onilliklər əvvəl Azərbaycanda sülh şəra­itində yaşayıb, fəaliyyət göstəriblər. Eyni zamanda, Polşa ədəbiyyatında Azərbaycan haqqında əsərlər, məlumatlar dərc olunub. Xalqlar arasında dostluq münasibətləri möhkəm əsaslara malikdir. 

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi sahədə olduğu kimi, humanitar sahədə də əlaqələrin yaxşı səviyyədə olduğu qeyd edilib. Humanitar sahədə əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət