XRİTDX: İlin birinci rübündə 15 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısı alınıb

post-img

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) bu ilin birinci rübündə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 15 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını kiber-kəşfiyyat imkanlarından istifadə etməklə alıb. 

XRİTDX-nin mətbuat xidmətindən bildiriblər ki, nəticədə hakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqla­rında onların dövlət qurumlarının adından istifadə etməsi planları pozulub və kiberhücum cəhdlərinin qarşısı qabaqlayıcı tədbirlərlə alınıb.

Son xəbərlər