Bakıda Azərbaycan–İsrail biznes forumu keçirilib

post-img

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan–İsrail biznes forumu keçirilib. 

Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov biznes forumun, həmçi­nin iş adamları arasında keçirilən müxtə­lif görüş və tədbirlərin aktual məsələlərin müzakirə edilməsi, prioritet əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında yeni əlaqələrin qurulması baxımından önəmini vurğula­yıb. Qeyd olunub ki, ölkələrimiz arasında möhkəm ikitərəfli dostluq münasibətləri, yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövlə­ti Hökuməti arasında Birgə Komissiya, həmçinin İsrail–Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iq­tisadi-ticarət tərəfdaşlığının inkişafı baxı­mından əhəmiyyət kəsb edir. Azərbay­canda müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət göstərir, bir sıra önəmli layihələr həyata keçirilir. İsraillə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innova­siyalar, infrastruktur, əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğu diqqətə çat­dırılıb, israilli sahibkarların ölkəmizdə biz­nes təşəbbüslərinin yüksək qiymətləndiril­diyi və dəstəkləndiyi bildirilib. 

Birgə Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanda həyata keçirilən layihələr, ölkəmizin unikal coğrafi mövqe­yi və iqtisadi sabitliyin İsrail şirkətləri üçün əhəmiyyətli əməkdaşlıq və investisiya mühiti yaratdığını vurğulayıb. Qeyd olu­nub ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına əlavə imkanlar yaradır. 

Tədbirdə Azərbaycan və İsrailin inves­tisiya layihələri barədə təqdimatlar nüma­yiş etdirilib, B2B və B2G formatda görüş­lər keçirilib.

Son xəbərlər