Türkiyə ilə işbirliyi daha da genişlənir

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabındakı paylaşımında Türkiyənin ticarət naziri Mehmet Muş ilə görüşü çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə Dəyişiklik Haqqında Protokol paraflandığını, qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsul siyahılarının razılaşdırılmasının ticarət tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcəyini bildirib. 

İqtisadiyyat Nazirliyinin səfərlə bağ­lı yaydığı məlumatda isə qeyd edilir ki, nazir Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olarkən bu ölkənin ticarət na­ziri Mehmet Muşla görüşündə dövlət başçılarının siyasi iradəsinin, dostluq və qardaşlıq münasibətlərinin, verdik­ləri tapşırıqların icrasının əlaqələrin inkişafına mühüm təsir göstərməsinin əhəmiyyəti vurğulanıb. Eyni zaman­da, tərəflər arasında uğurlu investisiya əməkdaşlığının həyata keçirildiyi, res­publikamızın xarici ölkələrdəki investi­siya həcminə görə Türkiyənin ilk yerdə qərarlaşdığı diqqətə çatdırılıb. Bununla bərabər, düşməndən təmizlənən əra­zilərimizdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin fəallıq göstərdikləri də bildirilib. 

Görüşdə ölkələrimizin strateji müt­təfiqliyi də xatırlanaraq Azərbaycan–Türkiyə işbirliyinin daha da gücləndiril­məsi istiqamətlərinə toxunulub. 

Tərəflər kiçik və orta biznes tərəf­daşlığı, nəqliyyat, turizm, əczaçılıq sahələrində əməkdaşlığın gücləndiril­məsi, eləcə də qarşılıqlı maraq doğu­ran digər məsələləri müzakirə ediblər.

Türkiyə Respublikasının energe­tika və təbii sərvətlər nazirinin müa­vini Alparslan Bayraktar ilə keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov enerji tərəfdaşlığını diqqətə çatdırıb, SOCAR tərəfindən Türkiyə­də həyata keçirilən layihələri, “Petkim Külək Enerji Stansiyası”nın bərpaolu­nan enerji təchizatının artırılması üçün uğurlu model olduğunu qeyd edib.

Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli ilə görüşdə isə sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin iqtisadiyyatın inkişafındakı rolu qeyd olunub, Türkiyənin sığorta şirkətlərinin Azərbaycanın sığorta bazarına inves­tisiya yatırmaq imkanları barədə fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

Siyasət