Sky News xəbər verir ki, britaniyalı alimlər ağciyər xərçənginə qarşı dünyanın ilk peyvəndini hazırlayırlar və bu, xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir.
Bir neçə xeyriyyə təşkilatının LungVax peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanın koronavirus peyvəndi ilə eyni şəkildə işləyəcəyi gözlənilir.
Dərman Oksford Universiteti və biofarmasevtika şirkəti AstraZeneca tərəfindən hazırlanır. Peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.
S.ELAY
XQ