D və B12 vitaminlərinin normadan artıq qəbulu bir sıra xroniki xəstəliklərin riskini artıra bilər. Bu barədə "BMC Public Health" jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırmada Böyük Britaniyadan olan 35-69 yaş arası 25 min qadın iştirak edib. Çoxsaylı xroniki xəstəlikləri olan xəstələr həmyaşıdları ilə müqayisədə orta hesabla boyu daha yüksək çəkiyə, daha aşağı təhsil səviyyələrinə və subay və ya dul olma ehtimalına malik olublar. Multimorbidlik və ya bir neçə xroniki xəstəliyin olması erkən ölüm, xəstəxanaya yerləşdirmə, əlillik və depressiya riskini artırır.
Nəticələr göstərib ki, B12 vitamini, D vitamini, zülal və enerjinin daha çox qəbulu multimorbidlik riskini artıra bilər, lakin C vitamininin daha çox qəbulu onu azalda bilər. Dəmir qəbulu 60 yaşdan aşağı qadınlarda multimorbidlik riskini azaldır.
Əvvəllər sübut edilib ki, həddindən artıq yemək və spirtli içkilərin, ət və qəlyanaltıların həddindən artıq istehlakı multimorbidliyin inkişafına kömək edir.
S.ELAY
XQ