ABŞ Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinə hazırlaşıb

post-img

ABŞ 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsinə hazırlaşırıb. CNN xəbər verir ki, Moskvaya belə bir zərbənin mümkün nəticələri ilə bağlı xəbərdarlıq edilib. Hindistan və Çin də Kremlə təzyiq göstərməkdə iştirak ediblər.

CNN Ağ Evdəki anonim mənbələrə istinadən belə xəbər paylaşıb. Mənbələrin sözlərinə görə, Vaşinqton 2022-ci ilin avqustunda Xersondan geri çəkildikdən sonra Moskvanın Ukraynada taktiki nüvə silahından istifadə etməyə hazır olduğuna əmin olub. Həmin ilin yay və payız aylarında ABŞ Təhlükəsizlik Şurası vəziyyəti müzakirə etmək üçün bir neçə iclas keçirib.

Sənəddə bildirilirdi ki, Moskvanın nöqteyi-nəzərindən nüvə eskalasiyası riski yalnız başqa bir nüvə dövlətinin müharibəyə birbaşa müdaxiləsi halında mövcuddur.

2022-ci ilin noyabrında The New York Times ABŞ prezident administrasiyasının Rusiyadan gələn nüvə təhlükəsi ilə bağlı narahatlığı haqqında yazmışdı. Həmin məqalədə qeyd olunmuşdu ki, Rusiya hərbçiləri arasında silahdan istifadə ilə bağlı müzakirələr aparıla bilər.

S.ELAY

XQ

Dünya