Maqnit qasırğası və biz...

post-img

Harada yaşamağınızdan asılı olmayaraq, hava dəyişən zaman maqnit qasırğası baş verəndə miqren və oynaqlarda ağrı daha da güclənir. Mütəxəssislərin fikrincə, həm uşaqlarda, həm də böyüklərdə belə havaya kəskin reaksiya olur.

Onlar bildirirlər ki, ən asan yol hava dəyişikliyindən bir gün əvvəl daha az aktiv olmaqdır. Orqanizmə dəstək üçün bitki çayları içmək olar. Maqnit fırtınaları zamanı tünd qara çay və təbii qəhvənin istifadəsini azaltmaq lazımdır. Bunun əvəzinə, bitki dəmləmələri içmək məsləhətdir.

Qan təzyiqi aşağı olanlara cökə və gicitkən çayı məsləhətdir. Yüksək təzyiqdən əziyyət çəkənlərə isə nanə, çobanyastığı, itburnu və ya zəncəfil çayı xeyirlidir.

Dərman bitkilərinin qurudulmuş meyvələri termosda nə qədər yaxşı dəmlənərsə, miqren və əzalardakı ağrılar bir o qədər tez keçər.

Zərifə HÜSEYNLİ,
“Xalq qəzeti”

Səhiyyə