Azərbaycanın ən güclü cüdoçuları müəyyənləşib

post-img

U-23 qadınlar və kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşib. 2 gün ərzində ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən
52 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 192 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə “Neftçi”, 2-ci yerə “Atilla” idman klubları, 3-cü yerə isə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman