Basketbol millimiz Avropa çempionatında

post-img

Basketbol üzrə Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında növbəti matçda çıxış edib.

20 yaşadək basketbolçulardan ibarət yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın məğlubiyyəti ilə başa çatıb - 63:78.
Xatırladaq ki, millimiz bundan əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo və Gürcüstana məğlub olub.

İdman