Güləşçimiz Budapeştdə gümüş medal qazanıb

post-img

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin sonuncu reytinq turniri start götürüb.

Yarışda sərbəst güləş üzrə yığmanın üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Osman Göçenə 3:6 hesabıyla məğlub olub. Maqomedxan Maqomedov (97 kq) macarıstanlı Vladislav Baytsayevə (7:6), qazaxıstanlı Əlişir Yergaliyə (6:3) və almaniyalı Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Ancaq topuğundan zədələndiyi üçün amerikalı
olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Beləcə Maqomedxan gümüş medalla kifayətlənib.

İdman