COVID-19: 4 yoluxma

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə, ümumilikdə, 831 min 873 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 572 nəfər müalicə olunaraq sağalıb, 10 min 280 nəfər və­fat edib. Aktiv xəstə sayı 21 nəfərdir.

Son sutkada yeni yoluxma halları­nın müəyyənləşdirilməsi ilə əlaqədar 678, bu günə qədər isə, ümumilikdə, 7 milyon 629 min 576 test icra olunub. 

“Xalq qəzeti”

Səhiyyə