Nazirliyin satışa çıxardığı mənzillərin 200-ü satılıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub. 

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mən­zillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksi­mum 3 mənzili bron etmək imkanı verilir. 

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan əra­zi) və Samux rayonunda yeni binalar­da yerləşən həmin mənzillərin hər biri çıxarışlı və tam təmirlidir, istifadə olun­mayıb. 

Məlumata görə, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat