Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri oktyabrın 13-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.

Rəsmi xronika