“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

post-img

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 

“Windows” lisenziyalarının satın alınması üçün açıq tenderi həyata keçirmək niyyətindədir.

Bu məqsədlə, "Azərbaycan Hava Yolları" QSC tərəfindən iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru elan edilir. Qeyd olunan prosedurdan müvəffəqiyyətlə keçən iştirakçılar açıq tender prosedurunda iştirak etmək hüququ­nu qazanaraq tenderin əsas şərtlər toplusunu əldə edə biləcəklər.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Windows” lisenziyalarının satın alınması məqsədilə açıq ten­derdə iştirak etmək niyyətində olan iştirakçılar uyğunluğun əv­vəlcədən müəyyənləşdirilməsi proseduru üçün [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun Sənədlər Toplusunu əldə edə bilərlər.

Sənədlər iştirakçıların uyğunluğunun əvvəlcədən müəyyən­ləşdirilməsi prosedurunun sənədlər toplusunda qeyd olunan qay­dalara əsasən təqdim edilməlidir. Qeyd olunan qaydalara uyğun təqdim edilməyən sənədlər geri qaytarılacaqdır.

Prosedur sənədləri sənədlər toplusuna əsasən hazırlanıb 5 sentyabr 2024-cü il saat 17. 00 - dək [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.

Prosedur üzrə nümayəndənin əlaqə məlumatları- İlkin Səfərov, satınalmalar üzrə mütəxəssis, [email protected], iş-(+99412)4972600 daxili 9917 / mobil- (+99410) 510- 00 -06. 

Satınalmalar idarəsi

Reklam və elan