Sənədlərin qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ saytı vasitəsilə elektron qaydada həyata keçirilir və 30 avqust 2024-cü il saat 18.00-da başa çatacaqdır.
Azərbaycan Universitetində təkrar ali təhsil yalnız ödənişli formada; təkrar ali təhsil almaq istəyən şəxs və ya onun işlədiyi idarə və təşkilatlarla bağlanmış müqavilə əsasında; qiyabi təhsil formasında (axşam və ya gündüz növbəsi, həftənin 6 günü) aşağıdakı ixtisaslar üzrə təşkil olunur:
– İnformasiya texnologiyaları
– Biznesin idarə edilməsi
– Marketinq
– Mühasibat
– Sosial iş
– Turizm işinin təşkili
Təhsil haqqı bütün ixtisaslar üzrə Azərbaycan vətəndaşları üçün illik 2000 (AZN) manat; əcnəbilər üçün isə 3400 (AZN) manatdır. Təhsil Azərbaycan və ingilis dillərində aparılır.
Qeyd edilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi sənədləri https://portal.edu.az/ saytı vasitəsilə təqdim etdikdən sonra [email protected] elektron poçtuna göndərməlidirlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Xarici ölkələrdə ali təhsil almış şəxslər və əcnəbilər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması lazımdır:
– Rektorun adına ərizə
– Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
– Əmək kitabçasından çıxarış (zəruridir)
– İş yerindən arayış
– 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil
– Şəxsiyyət vəsiqəsinin surəti
– Sağlamlıq haqqında arayış
Daha ətraflı məlumat üçün:
Telefon – (+994 12) 431-41-12, 13,16 (118), (+994) (50) 268-38-40.
Ünvan – Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71.