Bayden Trampla yeni debata hazırdır

post-img

ABŞ Prezidenti Co Bayden sentyabrda özünün Respublikaçı rəqibi Donald Trampla yenidən debata çıxmağa hazır olduğunu bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

Bayden NBC-yə müsahibəsində deyib: “Biz razılaşdığımız kimi, onunla debata hazıram. Mən sentyabrda görüşməyə razılaşmışam”.

Prezidentin sözlərinə görə, hazırda o, “at üstündədir”: “Mən 22 iri tədbir keçirmişəm, minlərlə insan toplamışam, böyük kütlə yığmışam”.  

ABŞ lideri növbəti debatın da əvvəlki kimi, uğursuz ola biləcəyi barədə suala belə cavab verib: “Mən həmin səviyyədə daha bir çıxış planlaşdırmıram”. 

Qeyd edək ki, iyunun 28-də Baydenin Trampla debatı ölkə KİV tərəfindən çox zəif kimi qiymətləndirmişdi. 

ABŞ Prezidentinin seçkiləri bu il noyabrın 5-nə nəzərdə tutulur. 

P.ƏMİRCANOV
XQ

Dünya